Azərbaycan və Ukrayna GUAM çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib


Siyasət 12 Dek 2019 17:25:00 132 0

Azərbaycan və Ukrayna GUAM çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib

Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov Kiyevdə Ukraynanın baş naziri Aleksey Qonçaruk ilə görüşüb.

Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov Kiyevdə Ukraynanın baş naziriAleksey Qonçarukilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri A.Qonçaruk "Twitter" səhifəsində məlumat verib.

"Azərbaycan nümayəndə heyəti ilə ikitərəfli görüş keçirdik. GUAM çərçivəsində iqtisadi əməkdaşlığı gücləndirmək üçün ümumi məqsədimiz üzv ölkələr üçün azad ticarət zonasının praktik şəkildə həyata keçirilməsidir", - o yazıb.

Xatırladaq ki, Əli Əhmədov bu gün Kiyevdə keçirilənGUAM ölkələri hökumət başçılarının sammitində Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir.