Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub - YENİLƏNİB


Siyasət 10 Dek 2019 18:00:00 74 0

Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub - YENİLƏNİB

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə təkbətək görüşü olub.

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə təkbətək görüşü olub.

"Report" xəbər verir ki, ali qonağı salamlayan Prezident İlham Əliyev deyib:

- Əlahəzrət, əziz qardaşım, Azərbaycana xoş gəlmisiniz. Mənim dəvətimi qəbul edib bizə səfər etdiyiniz üçün Sizə təşəkkür edirəm. Bu səfər ikitərəfli gündəliyimizdəki vacib məsələlərlə bağlı bir daha müzakirələr aparmaq üçün çox yaxşı imkandır. Bu yaxınlarda biz Soçidə görüşdük və bizim söhbət etmək imkanımız oldu. Mən bir daha Sizi ölkəmizə səfərə dəvət etdim. Şadam ki, çox məşğul olmağınıza baxmayaraq, qısa müddət ərzində bizi ziyarət etdiniz. Azərbaycanda Sizi qəbul etmək həqiqətən böyük şərəfdir. Siz burada bizim əziz qonağımızsınız. Əminəm ki, bu səfər ərzində biz qardaşlıq münasibətlərimizin daha da inkişafına birgə töhfə verəcəyik. Bu münasibətlər müxtəlif sahələri əhatə edir. Biz beynəlxalq arenada səylərimizi əlaqələndirməyə çox şadıq. Beynəlxalq təşkilatlarda bir-birimizi çox vacib məsələlərlə bağlı dəstəkləyirik. Siyasi təmaslar əladır. Mən iqtisadi göstəricilərə baxdım. Düşünürəm ki, biz daha gərgin çalışmalıyıq. Əlbəttə ki, biz bunu edəcəyik və bu gün bu məsələ ilə bağlı geniş müzakirə aparacağıq. Şadam ki, bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olub. Artım 20 faizdən çoxdur. Hesab edirəm ki, biz insanların bir-birilərini daha tez-tez ziyarət etmələri üçün birbaşa hava əlaqəsinin yaradılması imkanını da müzakirə edə bilərik.

Bir daha xoş gəlmisiniz və Sizə Bakıda xoş vaxt keçirməyi arzu edirəm.

İordaniya Kralı II Abdullah deyib:

- Mənim əziz qardaşım, çox sağ olun. Dediyiniz kimi, Sizi bu yaxınlarda Soçidə görmək xoş idi. Son iki onillikdə mənim buraya səfərimlə bağlı çoxlu gözəl xatirələrim olub. Mən əziz dostumla burada olmaqdan şadam. Bilirəm ki, beynəlxalq arenada Siz çox vacib rol oynayırsız. Xüsusilə də bu yaxınlarda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşü ilə bağlı təbriklərimi Sizə çatdırıram.

Dediyiniz kimi, əziz qardaşım, bizim siyasi, kəşfiyyat, hərbi sahələrdə əlaqələrimiz güclüdür. İqtisadiyyat sahəsini inkişaf etdirə bilərik. Əminəm ki, bu gün müvafiq görüşlərimiz olacaq. Lakin buraya gəlmək istədim ki, Sizə regionda və dünyada oynadığınız rolunuza görə təşəkkürümü bildirim. İnanıram ki, İnşallah, regionumuzda olan çağırışların öhdəsindən gəlmək üçün daha çox məsələlərlə bağlı müzakirələr apara bilərik. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə xeyirxahlığınıza və dəstəyinizə hər zaman arxalanıram. Bu xoş dostluğa görə Sizə təşəkkür edirəm.

*** 15:09

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə təkbətək görüşü olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Bakıda kişi arvadını döyüb, diridiri yandırdı like
  • 10 Dek 17:59  
Kriminal Bakıda kişi arvadını döyüb, diridiri yandırdı

Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını benzin tökərək yandırmaqd

arrow Ətraflı
AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb like
  • 10 Dek 17:58  
Sosial AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika

arrow Ətraflı
Niyam Salami dünyasın dəyişən anasının like
  • 10 Dek 17:54  
Şou-biznes Niyam Salami dünyasın dəyişən anasının

5 gün öncə anasını itirən Niyam Salami son paylaşımı ilə diqqət mərk

arrow Ətraflı
Göyçayda 62 yaşlı qadını maşın vurub öldürdü like
  • 10 Dek 17:53  
Digərləri Göyçayda 62 yaşlı qadını maşın vurub öldürdü

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Nobel Sülh Mükafatı təqdim edilib like
  • 10 Dek 17:51  
Dünya Nobel Sülh Mükafatı təqdim edilib

Bu gün Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilib.

arrow Ətraflı
ABŞ qərarını verdi: Türkiyəyə satılan F35lər alınacaq like
  • 10 Dek 17:49  
Dünya ABŞ qərarını verdi: Türkiyəyə satılan F35lər alınacaq

ABŞ-ın 2020-ci maliyyə ili müdafiə büdcəsinin Senat və Nümayəndələr

arrow Ətraflı
Qarabağ müharibəsi veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub like
  • 10 Dek 17:47  
Siyasət Qarabağ müharibəsi veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub

Müdafiə Nazirliyi və Bakı Bələdiyyə Teatrnın birgə təşkilatçılığ

arrow Ətraflı
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb like
  • 10 Dek 17:47  
Siyasət İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azər

arrow Ətraflı
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb  FOTO like
  • 10 Dek 17:47  
Siyasət İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb FOTO

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azər

arrow Ətraflı
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO) like
  • 10 Dek 17:45  
Digərləri İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azər

arrow Ətraflı
"Dedilər, sevgilim ərəb şeyxidir" like
  • 10 Dek 17:44  
Şou-biznes "Dedilər, sevgilim ərəb şeyxidir"

Xalq artisti Aygün Kazımova "1 azTV" proqramının qonağı olub.

arrow Ətraflı
"Miss & Mister Top Model Azerbaijan 2020" ilk kastinginin vaxtı və məkanı like
  • 10 Dek 17:39  
Digərləri "Miss & Mister Top Model Azerbaijan 2020" ilk kastinginin vaxtı və məkanı

Dekabır ayının  15-i, saat 14:00-da Shah Palace Hotel Baku-da, "Miss &

arrow Ətraflı
Hüseyn Abdullayevin məhkəmə prosesində vəkillər çıxış edib like
  • 10 Dek 17:38  
Sosial Hüseyn Abdullayevin məhkəmə prosesində vəkillər çıxış edib

Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası

arrow Ətraflı
Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib like
  • 10 Dek 17:34  
Sosial Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Dekabrın 10-da Baş Prokurorluqda Azərbaycan dövlətinin memarı və qurucusu

arrow Ətraflı