Arvadının boğazını kəsərək öldürən kişinin məhkəməsi başlayır


Kriminal 09 Dek 2019 18:34:00 291 0

Arvadının boğazını kəsərək öldürən kişinin məhkəməsi başlayır

Qəbələdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Cəsarət İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla boğazını kəsib. Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb.