“Xalça diyarına səyahət” festivalı başa çatıb


Kriminal 09 Dek 2019 19:17:00 102 0

“Xalça diyarına səyahət” festivalı başa çatıb

Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş sevinc, əyləncə, həyəcan dolu ikigünlük "Xalça diyarına səyahət" festivalı dünən başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, Festivalı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova açaraq ilk dəfə məhz bu muzeydə Uşaq şöbəsinin yaradıldığını və ötən müddət ərzində tədris sahəsində fəaliyyətini inkişaf etdirdiyini vurğulayıb: "Məqsədimiz uşaqları milli dəyərlərimizlə, irsimizlə, mədəniyyətimizlə daha yaxından tanış etmək olub. Və bu istəyimizə nail olmaq üçün gördüyümüz işlər artıq öz bəhrəsini verir". Şirin xanım muzeyin uşaqların sevimli məkanına çevrilməsindən, Uşaq şöbəsinə üz tutan balaca dostların ilbəil artmasından məmnunluğunu diqqətə çatdırıb. Tədbirin Yeni il ərəfəsində keçirilməsinin uşaqların sevincini daha da artırdığını deyib.

300 nəfərdən artıq uşağın qatıldığı festivalın açılış mərasimində 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu, Üzeyir Hacıbəylinin Ev Muzeyinin nəzdində "Nur" uşaq xor studiyasının kollektivi, "Çiçəyim" uşaq teatrının üzvləri, "Azəri inciləri" rəqs kollektivi çıxış edib. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan bu ifalardan sonra muzeyin Uşaq şöbəsinin dərnək üzvlərinin rəsm və xalçaçılıq üzrə bir-birindən gözəl əl işlərindən ibarət sərgi açılıb.

Tədbirdə Misirin Azərbaycandakı səfirliyinin əməkdaşı Kəmalə İsgəndərova uşaqlara əsrarəngiz Misir nağılları oxuyub. Balaca dostlar suvenir xalça, qar adamı yumşaq oyuncağı, yeni il açıqcası və s. hazırlanması, şəddə toxunması üzrə ustad dərslərə qatılıb, öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Onlar üçün əyləncəli viktorina, maraqlı kvest oyunu keçirilib, "Məlikməmmədin nağılı", "Şəngülüm, Şüngülüm, Məngülüm" kukla tamaşaları və "Xalçaların bəhsi" tamaşası göstərilib.

Festival çərçivəsində uşaqlar üçün yazılmış "Azərbaycanın sehirli abidələri" kitabının müəllifi, memar Elçin Əliyevlə, "Çimərlikdə" uşaq kitabının müəllifi Lalə Məlik və nəşrin illüstrasiyalarının müəllifi İrina Eldarova ilə görüş imkanı qazanan tədbir iştirakçıları kitab və digər hədiyyələr əldə ediblər. Onlar Gürcüstan Milli Qeştalt İnstitutunun mütəxəssisi Zaira Nadiraşvilinin art-terapiya, "Nur" uşaq xor studiyasının bədii rəhbəri, xor dirijoru Mələk Vəlizadənin musiqi terapiyası təlimlərinə də qatılıblar və bu görüşlərdən böyük zövq aldıqlarını bildiriblər.

Bunlarla yanaşı, festivalın ikinci günü iştirakçılar möhtəşəm karnaval həyəcanı yaşayıb. Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzinin uşaq rəqs kollektivinin çıxışı, karnavala qatılanlar arasından ən yaxşı geyim - "Miss&Mister" nominasiyası üzrə qaliblərin seçilməsi, onlara hədiyyələrin təqdim olunması, Transformers Bumblebee şou balaca dostların böyük sevinci və coşqusuna səbəb olub.

"25 ildir villamın təmiri bitmir" like
  • 09 Dek 19:14  
Şou-biznes "25 ildir villamın təmiri bitmir"

Xalq artisti Nisə Qasımova "Ulduzlu yayım" verilişinin qonağı ol

arrow Ətraflı
Niyazi Səfərov: "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir" like
  • 09 Dek 19:13  
İqtisadiyyat Niyazi Səfərov: "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir"

​İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin gen

arrow Ətraflı
Türkiyə suriyalı qaçqınları Suriya ərazilərində yerləşdirməyə başladı like
  • 09 Dek 19:10  
Digərləri Türkiyə suriyalı qaçqınları Suriya ərazilərində yerləşdirməyə başladı

Suriyalı qaçqınları “Barış pınarı” əməliyyatı nəticəsində Anka

arrow Ətraflı
Ruhi xəstə satıcıları hədələyib pul apardı like
  • 09 Dek 19:09  
Kriminal Ruhi xəstə satıcıları hədələyib pul apardı

Dekabrın 7-də Bərdə rayonunun Güloğlular kəndi ərazisində yerləşən b

arrow Ətraflı
Bərdədə "Mercedes" və “VAZ” toqquşub like
  • 09 Dek 19:07  
Digərləri Bərdədə "Mercedes" və “VAZ” toqquşub

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində "Mercedes" və &

arrow Ətraflı
Afrikalı qız "Kainat gözəli" oldu like
  • 09 Dek 19:04  
Digərləri Afrikalı qız "Kainat gözəli" oldu

Afrikadan olan 26 yaşlı model və feminist Zozibin Tunzi "Kainat gözəl

arrow Ətraflı
Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO) like
  • 09 Dek 19:02  
Digərləri Azərbaycan Biznes Keys 2019 müsabiqəsinin final mərhələsi (FOTO)

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı

arrow Ətraflı
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir like
  • 09 Dek 18:59  
Digərləri Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş haz

arrow Ətraflı
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi like
  • 09 Dek 18:54  
Siyasət Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi

AĞ Partiya İdarə Heyətinin növbəti həftəlik toplantısı keçirilib.

arrow Ətraflı
XIV-XV əsrlərdə Qafqazda fəlsəfi baxışların inkişafı tarixindən. Nəsimi yaradıcılığı like
  • 09 Dek 18:53  
Digərləri XIV-XV əsrlərdə Qafqazda fəlsəfi baxışların inkişafı tarixindən. Nəsimi yaradıcılığı

İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəx

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzində Bakıda ilk dəfə olaraq Senya Sonun solo konserti keçirildi like
  • 09 Dek 18:49  
Kriminal Beynəlxalq Muğam Mərkəzində Bakıda ilk dəfə olaraq Senya Sonun solo konserti keçirildi

Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Yüksək İfaçılıq Sənətin

arrow Ətraflı
Azərbaycanda Rusiya ilə  ortaq dərman istehsalı müəssisəsi açılıb - FOTO like
  • 09 Dek 18:48  
İqtisadiyyat Azərbaycanda Rusiya ilə ortaq dərman istehsalı müəssisəsi açılıb - FOTO

Bu gün Pirallahı Sənaye Parkında "Azərbaycan İnvestisiya Şirkəti" ASC v

arrow Ətraflı
Ağstafada avtomobil yanıb - FOTO like
  • 09 Dek 18:44  
Sosial Ağstafada avtomobil yanıb - FOTO

İlkin ehtimallara görə, yanğına avtomobilə qoşulan səsgücləndirici qur

arrow Ətraflı
Bakıda ticarət mərkəzində qadın özünü bıçaqlayıb like
  • 09 Dek 18:44  
Digərləri Bakıda ticarət mərkəzində qadın özünü bıçaqlayıb

Bakıda ticarət mərkəzində qadın özünü bıçaqlayıb.

arrow Ətraflı