Azərbaycanda məmurun evinə basqın edən şəxs hakim qarşısına çıxarılır


Kriminal 09 Dek 2019 18:24:00 280 0

Azərbaycanda məmurun evinə basqın edən şəxs hakim qarşısına çıxarılır

Qazax rayonunda quldurluq etməkdə təqsirləndirilən Vüsal Rəsulovun cinayət işi üzrə yenidən məhkəməyə göndərilib.

Son.az APA-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd dək ki, hadisə ötən ilin noyabr ayında baş verib. Qazax şəhərinin Bakı küçəsində yerləşən evə basqın edən maskalı şəxs ev sahibəsi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələrək onun qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat nağd pulunu alaraq ərazidən uzaqlaşıb.

İş üzrə zərərçəkmiş 2017-ci ilədək Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini olmuş Fərman Nağdaliyevin həyat yoldaşıdır.