Maksim Oreşkin: "AzərbaycanRusiya münasibətləri yeni səviyyəyə keçib"


Siyasət 09 Dek 2019 16:42:00 121 0

Maksim Oreşkin: "AzərbaycanRusiya münasibətləri yeni səviyyəyə keçib"

Azərbaycan-Rusiya münasibətləri yeni səviyyəyə keçib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin deyib.

O qeyd edib ki, bu gün iki protokolun imzalanması, "HayatFarm" əczaçılıq məhsulları zavodunun açılışı, helikopter təmiri və xidməti zavodunun və "Penopleks" tikinti materialları zavodunun təməlinin qoyulması Azərbaycan-Rusiya münasibətlərini ticarət səviyyəsindən dərin inteqrasiya səviyyəsinə yüksəldib:

"Aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq proqramının imzalanması təkcə aqrar qida məhsullarının mübadiləsini deyil, həm də gübrə, kənd təsərrüfatı və infrastrukturla mübadilə, baytarlıq və bitkiçilik sahəsində infeksiyalarla mübarizə üzrə təcrübə mübadiləsini nəzərdə tutur".

Nazir əlavə edib ki, turizm sahəsində imzalanan protokol isə qarşılıqlı turist axınının artırılmasını nəzərdə tutur.