“Xalça diyarına səyahət” uşaq festivalı keçirilir


Kriminal 07 Dek 2019 15:03:00 161 0

“Xalça diyarına səyahət” uşaq festivalı keçirilir

Dekabrın 7-si və 8-i Azərbaycan Milli Xalça Muzeyində "Xalça diyarına səyahət" uşaq festivalı keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, muzeyin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş festival iştirakçıları üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunur, onlara kukla tamaşaları göstərilir.

Sürprizlərlə dolu festivalda uşaqlar möhtəşəm karnaval, Transformers Bumblebee şou sevinci yaşayır, atəşfəşanlıqdan zövq alır, müxtəlif hədiyyələr qazanırlar.

Festival günlərində Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları, "Gülsam" Əlillərin Reabilitasiya İctimai Birliyi, Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edilib.