Türkiyədə fahişə əməliyyatı:


Kriminal 07 Dek 2019 10:14:00 156 0

Türkiyədə fahişə əməliyyatı:

Türkiyənin Antalya şəhərində 14 ünvanda keçirilən əməliyyat nəticəsində məcburən fahişəliyə cəlb olunan üç azərbaycanlı xilas edilib. Finike, Kumluca və Almalı rayonlarında keçirilən əməliyyat nəticəsində 12 şübhəli tutulub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, onlar qadınları fahişəliyə məcbur etmə, vasitəçilik etmə və yerlə təmin etməkdə günahkar biliniblər.

Onlar Özbəkistan və Qırğızıstandan yüksək maaşla işlə təmin edəcəkləri adı ilə gətirdikləri qadınları zorla, təhdidlə və güc tətbiq etməklə fahişəliyə məcbur ediliblər.

İnsan alverçilərinin qurbanlarından üçü azərbaycanlı, biri türk, ikisi gürcüstanlı olmaqla, altı qadın xilas edilib.