Yevda Abramov Qırmızı Qəsəbədə dəfn olunacaq


Siyasət 07 Dek 2019 09:42:59 231 0

Yevda Abramov Qırmızı Qəsəbədə dəfn olunacaq

Milli Məclisin deputatı Yevda Abramov Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.

Milli Məclisin ötən gün vəfat edəndeputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.

Bunu"Report"a açıqlamasındaYevda Abramovun qızı Bəsti Yusifova deyib.

O bildirib ki, atası iləvida mərasimidekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğuQırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki,milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildirxərçəng xəstəliyindən müalicə olunurdu.