Azərbaycan XİN başçısı Finlandiya xarici işlər nazirinin müavini ilə görüşüb


Siyasət 05 Dek 2019 18:48:50 152 0

Azərbaycan XİN başçısı Finlandiya xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Finlandiyanın xarici işlər nazirinin müavini Matti Anttonen ilə görüşüb.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Finlandiyanın xarici işlər nazirinin müavini Matti Anttonen ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüşSlovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində baş tutub.

Görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıblar. Tərəflər ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.

Tərəflər həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti, o cümlədən iki ölkə nazirinin Bratislavada keçirilən görüşü ilə bağlı müzakirələr aparıblar.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək