Beynəlxalq Muğam Mərkəzi “Muğam dünyasına səyahət” adlı layihəsini bu dəfə Pirallahıda reallaşdırdı


Kriminal 05 Dek 2019 18:34:00 147 0

Beynəlxalq Muğam Mərkəzi “Muğam dünyasına səyahət” adlı layihəsini bu dəfə Pirallahıda reallaşdırdı

Beynəlxalq Muğam Mərkəzi "Muğam dünyasına səyahət" adlı layihəsini bu dəfə  Pirallahıda reallaşdırdı.

Son.az xəbər verir ki, dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzi və  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Pirallahıda yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində "Muğam dünyasına səyahət" layihəsinin  növbəti konsert proqramı keçirildi.

Konsert proqramında Muğam Televiziya Müsabiqəsinin laureatları, gənc xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə, Məhəbbət Səfərovun "Bayatı Şiraz", "Mahur", "Şur" muğamlarından şöbələr və xalq mahnıları ilə çıxışları sakinlər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Tədbirin sonunda Mədəniyyət Mərkəzinin bədii hissə müdiri Esmira Aslanova çıxış edərək konsertin təşkilatçılarına təşəkkürünü bildirdi. Paytaxtdan uzaq ərazidə yerləşən Pirallahıda təşkil edilən konserti qəsəbə sakinləri üçün böyük bir hədiyyə kimi dəyərləndirdi. Tamaşaçılar sırasında məktəblilərin, gənc nəslin də olduğunu vurğulayaraq muğam sənətimizin gənc nəslə təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etdi.