Milli Məclisə çevik düşünən, bütün müstəvilərdə dövlətin müdafiəsinə hazır olan millət vəkilləri gərəkdir Arzuman Abdulkərimov


Siyasət 04 Dek 2019 21:14:00 61 0

Milli Məclisə çevik düşünən, bütün müstəvilərdə dövlətin müdafiəsinə hazır olan millət vəkilləri gərəkdir  Arzuman Abdulkərimov

Milli Məclisin buraxılması haqqında qərar ölkənin ali qanununa tam uyğundur - dekabrın 4-də Konstitusiya Məhkəməsi ötən həftədən başlayan prosesə hüquqi qiymət verdi. Bugündən parlamentin yeni tərkibinin formalaşdırılması prosesini başlamış saymaq olar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ana Vətən Partiyasının sədr müavini, siyasi şərhçi Arzuman Abdulkərimov deyib.

Onun sözlərinə görə, sürətlə yenilənən ölkə gündəmini izlədikcə bəlli olur ki, Prezident İlham Əliyevin hakimiyyət vitrinini tamamilə dəyişmək niyyəti, bunun üçün ən radikal qərarlardan belə çəkinməməsi vətəndaşların idarəetməyə etimadını yüksəldib, gələcəyə inamını artırıb:

"İlin əvvəlindən sürətlənən və noyabrdan məntiqi nəticələrini verən islahatlar dövlət başçısı ilə xalq arasında bağları daha da möhkəmləndirib. Vətəndaş hakimiyyətdə kök salıb funksionallığını itirən, rəhbərlik etdiyi sahəni prezidentin islahat konsepsiyasına uyğunlaşdıra bilməyən, bununla da ətalət mühiti yaradan qurumların, şəxslərin səlahiyyətdən uzaqlaşdırılmasına birmənalı sevinir.

Bu gün ölkədə heç kəs şübhə etmir ki, Azərbaycan Respublikası yeni çağın tələblərinə uyğun, ölkənin qüdrətini artıran, potensialından daha effektiv yararlanmasını təmin edəcək yeni sistem quruculuğu sürəcinə qədəm qoyub".

A.Abdulkərimov qeyd edib ki, Milli Məclisin yeni tərkibi ilə bağlı gözləntilər çoxdan bəllidir: "Azərbaycan parlamenti ölkənin qanunvercilik bazasını gücləndirən, qanunlara təcrübənin tələb etdiyi dəyişiklikləri bir an belə yubatmayan, təşəbbüsçü, qəbul etdiyi qanunların vətəndaşın həyatına təsirini ardıcıl nəzarətdə saxlaya bilən effektiv quruma çevrilməli, bunun üçün Məclisə hər şeydən öncə dövlətçilik təfəkkürü olan vətənpərvər şəxslər seçilməlidir. Milli Məclisin zəifləmiş nüfuzunu yüksəltmək üçün ilk sırada öz deputat mandatına şəxsi biznesinin çətiri kimi baxanların ali qanunverici orqana yolunu kəsmək lazımdır. Azərbaycan cəmiyyəti artıq bu düşüncənin daşıyıcı olan şəxslərin deputatlığını qəbul etmək istəmir.

Sözsüz, həm içəridən, həm də ölkə xaricindən Azərbaycan hakimiyyətinin özünü yeniləmək təşəbbüslərinə qarşı çıxanlar olacaq. Belə təşəbbüsləri böyük ehtimalla həm seçkiyə qədər, həm də seçkidən sonra görəcəyik. Daxildə və xaricdə Azərbaycan iqtidarının əleyhinə köklənən qüvvələr seçki mühitinə etimadsızlıq yaratmağa çalışacaqlar, bunun üçün Azərbaycanın əlaltı dövlət olmasını istəyən qüvvələrlə işbirliyindən çəkinməyəcəklər. İçimizdəki sapı özümüzdən olan baltalar yenə işə düşəcək".

Siyasi şərhçi vurğulayıb ki, biz bu təşəbbüsləri cəmiyyətin birliyi, Prezident İlham Əliyevin başladığı islahat kursuna tam dəstəklə aşa bilərik: "Yeni tərkibdə təmsil olunanlar artıq keçmiş parlament kimi kənar təhdidləri qulaqardı edib susmağı yox, dövlətin, bütünlükdə hakimiyyətin, dövlətin simvolu olan dövlət başçısının ünvanına səslənən hər bir fikri şəxsi məsələsi kimi qəbul edib, dövlətçiliyə uzanan dillərə layiqli cavab verməyi seçməlidir. Milli Məclisə güclü iqtisadçılar, hüquqşünaslar, siyasətçilər gərək olduğu kimi, çevik düşünən, bütün müstəvilərdə dövlətin müdafiəsinə hazır olan millət vəkilləri gərəkdir.

Bu gün hər bir vətəndaşı özünü düşüncəsində yaratdığı və görmək istədiyi firavan, güclü, qalib, bütöv Azərbaycanın qurucusu kimi hiss etməli, dövlətin dayaqlarının möhkəmləndirilməsini özünün birinci vəzifəsi hesab etməlidir. Azərbaycan Respublikasını sivil, güclü dövlət kimi görmək üçün yola çıxan hər kəsə uğurlar!"

Prezident İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub - YENİLƏNİB like
  • 04 Dek 21:12  
Siyasət Prezident İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri

arrow Ətraflı
Füzuli rayonunda top mərmisi aşkarlanıb like
  • 04 Dek 21:10  
Sosial Füzuli rayonunda top mərmisi aşkarlanıb

Dekabrın 4-də saat 13:12-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Z

arrow Ətraflı
“Azəriqaz”: Naməlum şəxs sayğac kartlarının dəyişdirilməsi adı ilə pul yığır like
  • 04 Dek 21:09  
Digərləri “Azəriqaz”: Naməlum şəxs sayğac kartlarının dəyişdirilməsi adı ilə pul yığır

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina

arrow Ətraflı
Qızı Ramiz Əzizbəylini izləyib ağladı like
  • 04 Dek 21:04  
Şou-biznes Qızı Ramiz Əzizbəylini izləyib ağladı

Xalq artisti Ofeliya Sənani səhhətində problem olan Ramiz Əzizbəylinin ev

arrow Ətraflı
Məhkəmə namus üstündə arvadının boğazını kəsən şəxslə bağlı qərar verdi like
  • 04 Dek 20:59  
Digərləri Məhkəmə namus üstündə arvadının boğazını kəsən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşl

arrow Ətraflı
2019-cu ilin ən populyar mahnıları açıqlanıb like
  • 04 Dek 20:58  
Digərləri 2019-cu ilin ən populyar mahnıları açıqlanıb

“Shazam” musiqi axtarış xidməti 2019-cu ildə ən çox axtarılan mahnıl

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 04 Dek 20:54  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
BMTdən İsraillə bağlı qətnamə: Qolanı tərk edin like
  • 04 Dek 20:49  
Dünya BMTdən İsraillə bağlı qətnamə: Qolanı tərk edin

BMT Baş Assambleyası İsrailin işğal edilmiş Qolan yüksəkliklərini tərk

arrow Ətraflı
Alimlər il ərzində təravətini itirməyən yeni alma sortu yetişdiriblər like
  • 04 Dek 20:47  
Digərləri Alimlər il ərzində təravətini itirməyən yeni alma sortu yetişdiriblər

ABŞ-ın Corc Vaşinqton Universitetinin tədqiqatçıları saxlama şəraitinə

arrow Ətraflı
Azərbaycanda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb like
  • 04 Dek 20:47  
Digərləri Azərbaycanda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb

Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artraraq ən yüksək həd

arrow Ətraflı
Gürcüstan elektrik enerjisinin idxal proqnozunu azaldıb like
  • 04 Dek 20:44  
Dünya Gürcüstan elektrik enerjisinin idxal proqnozunu azaldıb

Gürcüstan hökuməti elektrik enerjisinin builki istehlak və idxal proqnozunu

arrow Ətraflı
Sobanı işə salan it evi yandırdı like
  • 04 Dek 20:44  
Dünya Sobanı işə salan it evi yandırdı

Böyük Britaniyanın Esseks qraflığında it evdə yanğına səbəb olub.

arrow Ətraflı
Ramin Quluzadə: "Qazaxıstan Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir" like
  • 04 Dek 20:39  
İqtisadiyyat Ramin Quluzadə: "Qazaxıstan Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir"

Bu barədə Qazaxıstanın Müstəqillik Günü münasibətilə keçirilən rəs

arrow Ətraflı
Azərbaycanda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb (ÖZƏL) like
  • 04 Dek 20:39  
Digərləri Azərbaycanda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb (ÖZƏL)

Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artraraq ən yüksək həd

arrow Ətraflı