“Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı”


Kriminal 04 Dek 2019 20:09:00 151 0

“Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı”

2018-ci il sentyabrın 19-da Bakırköydə silahla qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun qatili, DİN-in keçmiş idarə rəisi Gözəl Dəmirov haqqında iddianamə hazırlanıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunda hazırlanmış iddianaməyə görə, mərhum İsmayılovla Dəmirov hadisə baş verməzdən çox daha əvvəl tanış olublar və birlikdə bizneslə məşğul olduqları üçün tez-tez görüşüblər. Dəmirovla sürücüsü Barış Aslan cinayətdən əvvəl də tez-tez İsmayılovun Floryadakı ofisinə gediblər. Hadisədən bir gün əvvəl isə şübhəlilər Etimadla kabab restoranlarından birində görüşüblər. Bu zaman masaya daha iki nəfər yaxınlaşıb və Dəmirov məkandan ayrılıb. Restoranda onlar arasında hər hansı mübahisə və dava düşmədiyi bildirilib.

Silahlı hücum günü isə Dəmirov İsmayılovun Floryadakı ofisinə girərkən sürücüsü Aslan çöldə gözləyib. Dəmirovla İsmayılovun ofisdə söhbəti əsnasında Zhabir Aıtayev içəri daxil olub və Dəmirov çölə çıxıb. Ancaq bir müddət sonra yenidən ofisə qayıdaraq axşamadək idarədə qalıblar. Saat 20:00-da Aıtayev ofisdən çıxıb. Ardınca isə Dəmirov "Glock" markalı silahla Etimada bir neçə dəfə atəş açdıqdan sonra Barışla birlikdə hadisə yerindən uzaqlaşıb. Ancaq polis şübhəli şəxs kimi Aslanı yolla gedərkən yaxalayıb. Dəmirov isə özü polis bölməsinə gedərək təslim olub. Aslan tutularkən üzərindəki çantadan "Glock" markalı silah, 11 ədəd giliz və 1 ədəd bıçaq çıxıb.

İddianamədə Gözəl Dəmirovun da ifadələrinə yer verilib. 1996-cı ildən Türkiyədə yaşadığını deyən Dəmirov bunları söyləyib:

"Daha əvvəl Azərbaycanda polis idarəsində rəis, Daxili İşlər Nazirliyində nazir köməkçisi işləmişəm. Türkiyədə əvvəllər meyə-tərəvəz biznesi ilə məşğul olmuşam, son vaxtlar isə müşavirlik edirdim. Etimadla 3 il əvvəl tanış olmuşam. Onunla daha sonra xaricdə, xüsusilə Rusiyada iş qurmaq haqqında danışığımız olub".

Dəmirov daha sonra Etimadın ona Türkiyədəki dövlətlərarası konfransdan sonra 4 milyon dollar borcu olduğunu söylədiyini və bu pulu tələb etdiyini deyib. O, mərhuma həmin məbləği ödəyə bilməyəcəyini bildirdikdən sonra isə təhdid olunub. İsmayılov Dəmirovu nəvəsinin barmaqlarını kəsməklə hədələyib.

Növbəti günlərin birində isə Etimad əlində bıçaq və qayçı ilə Dəmirovu hədələyərək onun 3 barmağını kəsməyə cəhd göstərib.

"Etimad məni döymək istədi. Ofisdəkilər bizi ayırdı. Oturmaq istəyəndə bıçağı boynuma dirədi və bir sənəd hazırlatdı. Sənəddə mənim Etimada 4 milyon dollar verəcəyim yazılmışdı, imzaladım. Mənə "başına bir iş gəlsə, bu sənədi uşaqlarına göstərib sənin mənə borcun olacağını deyəcəm. Ödəməsələr, onları yox edəcəyəm" dedi. Sonrakı günlərdə də mənə "oğlun Fəridin evinə gedər, ailəsinə ziyan yetirərəm" söyləyirdi. İlqar adlı dostuma vəziyyəti danışdım. Mənə polisə getməyimi məsləhət gördü. Ona Etimadın Türkiyədə siyasi və bürokratik dairələrdə çox tanışının olduğunu, xüsusilə həyat yoldaşının (jurnalist Sevil Nuriyeva - red.) qəzetlərin birində köşə yazarı olduğunu söylədim. Bu səbəbdən şikayət etsək də, nəticə olmayacağını, bunun əleyhimizə çevriləcəyini bildirdim", - Deyə Dəmirov ifadəsini davam etdirib.

Şübhəli hadisə baş verən günü isə belə ifadə edib: