Heydər Əliyev Fondunun dəstəyi ilə Çində məktəbin idman sahəsi əsaslı təmir ediləcək


Siyasət 04 Dek 2019 10:49:46 36 0

Heydər Əliyev Fondunun dəstəyi ilə Çində məktəbin idman sahəsi əsaslı təmir ediləcək

Çinin Yunnan əyalətinin Malipo qəsəbəsindəki 2 saylı ibtidai məktəbin idman sahəsi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir ediləcək.

Çinin Yunnan əyalətinin Malipo qəsəbəsindəki 2 saylı ibtidai məktəbin idman sahəsi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir ediləcək.

Bu barədə “Report”aАzərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

Layihənin təqdim edilməsi mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan və Çin arasında tarixən formalaşmış dostluq əlaqələrindən danışıb və bu gün ikitərəfli əlaqələrimizin bütün sahələrdə yüksələn xəttlə inkişaf etdiyini qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındaki səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən humanitar sahədə genişlənməsini şərtləndirdiyini vurğulayan səfir, bu xüsusda, AzərbaycanınBirinci vitse-prezidenti və ölkənin Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ilin noyabrında imzalanmış əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq Çinin müxtəlif şəhərlərində, o cümlədən Pekində Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş tədbirlərin təşkil edildiyini, gənclər arasında qarşılıqlı mübadilələrin həyata keçirildiyini qeyd edən səfir Ə.Zeynallı vurğulamışdır ki, Yunnan əyalətinin Malipo və Cinpin qəsəbələrində yoxsulluğun aradan qaldırılması proqramı çərçivəsində 27 oktyabr tarixində Çinin Xarici İşlər Nazirliyi tərəfindən Pekin şəhərində təşkil olunmuş beynəlxalq xeyriyyə yarmarkasında da, məhz Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Çindəki Səfirliyi fəal iştirak etmiş və yarmarkanın uğurlu keçməsinə xüsusi töhfə verib.

Humanitar sahədə əməkdaşlığımızın davamı olaraq, Malipo qəsəbəsində yoxsulluğun aradan qaldırılması tədbirləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən 2 saylı ibtidai məktəbin idman sahəsinin əsaslı təmir edilməsinin qərara alındığını bildirən səfir, Malipo qəsəbəsində həyata keçiriləcək bu layihənin uğurla başa çatmasını arzulayıb.

Tədbirdə çıxış edən Çin Kommunist Partiyasının Malipo qəsəbəsi Partiya Komitəsinin katibi Lyo Yan Heydər Əliyev Fondu tərəfindən göstərilən bu nəcib təşəbbüsə görə Malipo əhalisi adından minnətdarlığını bildirmiş, Malipo qəsəbəsinin Çinin Vyetnam ilə sərhəddində yerləşdiyini və ölkənin ən yoxsul qəsəbələrindən biri hesab olduğunu vurğulamışdır. O, bu qəsəbədə 280 min nəfər əhalinin yaşadığını və sözügedən 2 saylı ibtidai məktəbdə 1500 nəfər şagirdin təhsil aldığını qeyd edərək, Çinin yoxsulluğun aradan qaldırılması üzrə dövlət proqramı çərçivəsində görülmüş işlərdən danışmış, Azərbaycanın dəstəyinin proqram çərçivəsində xüsusi əhəmiyyətli olduğunu bildirmiş və bunu Azərbaycan-Çin dostluğunun bariz nümunəsi kimi qiymətləndirib

Sonda Malipo qəsəbəsi Xalq Hökuməti və Malipo qəsəbəsi Partiya Komitəsi adından Heydər Əliyev Fonduna göstərilmiş dəstəyə görə “İanə sertifikatı” təqdim edilib.

Gəncə-Gürcüstan magistralı genişləndirilir - Zolaqlar artırılır (FOTO) like
  • 04 Dek 10:47  
Digərləri Gəncə-Gürcüstan magistralı genişləndirilir - Zolaqlar artırılır (FOTO)

Gəncə-Qazax-Gürcüstan magistralı 4 hərəkət zolağına genişləndirilir

arrow Ətraflı
İnam Kərimov: “Azərbaycan ECO-nu regional əməkdaşlığın vacib platforması hesab edir” like
  • 04 Dek 10:46  
İqtisadiyyat İnam Kərimov: “Azərbaycan ECO-nu regional əməkdaşlığın vacib platforması hesab edir”

“Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr a

arrow Ətraflı
Bakıda iki qardaş bıçaqlanıb like
  • 04 Dek 10:44  
Sosial Bakıda iki qardaş bıçaqlanıb

Bakıda iki qardaş bıçaqlanıb.

arrow Ətraflı
Dillər Universitetində Çin iqtisadiyyatına dair seminar keçirilib (FOTO) like
  • 04 Dek 10:37  
Digərləri Dillər Universitetində Çin iqtisadiyyatına dair seminar keçirilib (FOTO)

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İn

arrow Ətraflı
Azərbaycan vətəndaşları Gürcüstana qızıl və brilyant daşları qanunsuz keçirməyə cəhd ediblər like
  • 04 Dek 10:27  
Dünya Azərbaycan vətəndaşları Gürcüstana qızıl və brilyant daşları qanunsuz keçirməyə cəhd ediblər

Gürcüstanda “Qırmızı körpü” gömrük-keçid məntəqəsində noyabrı

arrow Ətraflı
Bu il dünyada 73 mindən çox bank işçisi ixtisara düşüb like
  • 04 Dek 10:18  
İqtisadiyyat Bu il dünyada 73 mindən çox bank işçisi ixtisara düşüb

2019-cu ildə mərkəzi bankların tətbiq etdiyi mənfi faiz dərəcələri və

arrow Ətraflı
Bakıda ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclası keçirilir like
  • 04 Dek 10:18  
İqtisadiyyat Bakıda ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclası keçirilir

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin

arrow Ətraflı
“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək like
  • 04 Dek 10:05  
İqtisadiyyat “Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

Yanvarın 18-də, saa 11:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşk

arrow Ətraflı
"Google" şirkətinin yaradıcıları vəzifələrindən gedəcəklər like
  • 04 Dek 10:04  
İqtisadiyyat "Google" şirkətinin yaradıcıları vəzifələrindən gedəcəklər

"Google" şirkətinin yaradıcıları Larri Peyk və Sergey Brin "Google"un "Alp

arrow Ətraflı
Bakıda qonşusuna və özünə xəsarət yetirən şəxsin şikayəti təmin edilməyib like
  • 04 Dek 10:01  
Sosial Bakıda qonşusuna və özünə xəsarət yetirən şəxsin şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində adam bıçaqlamaqda və narkotikdən istifad

arrow Ətraflı
Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA like
  • 04 Dek 09:54  
İqtisadiyyat Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA

"Report" Azərbaycanda fəaliyyət göstərən iri mağazalar şəbəkələrind

arrow Ətraflı
Azərbaycan nefti yenidən ucuzlaşıb like
  • 04 Dek 09:41  
İqtisadiyyat Azərbaycan nefti yenidən ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı x

arrow Ətraflı
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.12.2019) like
  • 04 Dek 09:29  
İqtisadiyyat Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.12.2019)

Avronun məzənnəsi 0,01% artıb, Rusiya rublunun məzənnəsi isə dəyişməy

arrow Ətraflı
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (04.12.2019) like
  • 04 Dek 09:15  
İqtisadiyyat Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (04.12.2019)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (04

arrow Ətraflı