Bakıda sərxoş olub kafedə qonşusunu bıçaqladı


Kriminal 03 Dek 2019 20:05:00 134 0

Bakıda sərxoş olub kafedə qonşusunu bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Elvin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı E.Xəlilovun 3 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hökm elan olunub. Məhkəmənin hökmü ilə E.Xəlilov 1 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 10-da paytaxtın Xətai rayonu ərazisində yerləşən kafedə baş verib. Elvin Xəlilov sərxoş vəziyyətdə qonşusu Vüqar Novruzovla mübahisə edib. V.Novruzov E.Xəlilovu söyüb və döyməyə başlayıb. Bu zaman E.Xəlilov üstündə olan bıçaqla qonşusuna xəsarət yetirib. V.Novruzov xəstəxanaya yerləşdirilib və həyatı xilas edilib.