Narkotiki gömrükdən keçirə bilmədi,


Kriminal 03 Dek 2019 19:32:00 55 0

Narkotiki gömrükdən keçirə bilmədi,

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitə və güclü təsiredici maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı Orxan Azayevin adına Amerika Birləşmiş Ştatlarından daxil olan poçt bağlamasına rentgen aparatıyla baxış zamanı monitorda şübhəli əşyaların təsviri görünüb.

İnvoysda "sənədlər, uşaq oyuncaqları, rəngli qələmlər, pazl" sözlərinin qeyd edildiyi həmin bağlamada 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələm, üzərində "puzzle" sözü yazılan 3 qutu, üzərlərində "FUEL 420" və "Marijuana Product" sözləri yazılan 8 ədəd paket aşkar olunub.

Lakin 3 pazl qutusundan içərisində maye olan 45 ədəd elektron siqaret müştüyü, 8 ədəd paketdən isə qırmızı rəngli maddələr çıxıb.

Sözügedən poçt bağlamasını Orxan Azayevə məxsus şəxsiyyət vəsiqəsilə qəbul etmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Etibar Babayev Orxan Azayevin ölkədə olmadığını bildirib.

Bağlamada olan şübhəli əşyalarla bağlı izahat vermək üçün Etibar Babayev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub. Lakin Etibar Babayev avtomobillə idarəyə gətirilərkən, o, yolda tıxac yarandığından asta sürətlə hərəkətdə olan avtomobilin qapısını bir anda açaraq qaçıb.

Bununla əlaqədar, adları çəkilən hər iki şəxsin müəyyənləşdirilərək saxlanılması üçün əməliyyat qrupu yaradılıb.

Əməliyyat qrupunun üzvlərinə daxil olan məlumat əsasında, Orxan Azayev Bakı-Moskva aviareysilə ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb. Onun çamadanında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, yazılı və ya elektron formada bəyan olunmayan 1 konvalyutda 2 ədəd qırmızı və 1 qutuda 16 ədəd ağ rəngli həblər, 1 ədəd içərisində maye olan elektron siqaret müştüyü və 1 ədəd elektron siqaret aparatı aşkar edilib.

“Azəriqaz” İstehsalat Birliyində yeni kadr təyinatı olub like
  • 03 Dek 19:29  
İqtisadiyyat “Azəriqaz” İstehsalat Birliyində yeni kadr təyinatı olub

“Azəriqaz” İstehsalat Birliyində yeni kadr təyinatı olub.

arrow Ətraflı
"Azəriqaz"da yeni like
  • 03 Dek 19:28  
Digərləri "Azəriqaz"da yeni

"Azəriqaz" İstehsalat Birliyində yeni təyinat gerçəkləşib.

arrow Ətraflı
“Emmy” mükafatçısı Bilginer məşhur serialda  FOTO like
  • 03 Dek 19:26  
Digərləri “Emmy” mükafatçısı Bilginer məşhur serialda FOTO

"Emmy" mükafatçısı Haluk Bilginer məşhur "Çukur" seri

arrow Ətraflı
Narkotiki gömrükdən keçirə bilmədi, qaçmağa çalışdı... (FOTO) like
  • 03 Dek 19:20  
Digərləri Narkotiki gömrükdən keçirə bilmədi, qaçmağa çalışdı... (FOTO)

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitə və güclü tə

arrow Ətraflı
SOCAR-ın yeni vitse-prezidenti təqdim olunub like
  • 03 Dek 19:18  
İqtisadiyyat SOCAR-ın yeni vitse-prezidenti təqdim olunub

Dekabrın 3-də SOCAR-Towerdə Neftin, qazın nəqli və qaz təsərrüfatı üz

arrow Ətraflı
Bir kilo ət və qarpıza görə ərinin qohumu ilə qaçdı like
  • 03 Dek 19:15  
Digərləri Bir kilo ət və qarpıza görə ərinin qohumu ilə qaçdı

Türkiyənin ATV kanalında yayımlanan "Esra Erolda" proqramında mar

arrow Ətraflı
NASA Aya çırpılan “Vikram”ın görüntüsünü yaydı  FOTO like
  • 03 Dek 19:13  
Dünya NASA Aya çırpılan “Vikram”ın görüntüsünü yaydı FOTO

NASA-ya məxsus Ayın orbital peyki Yerin təbii peykinin səthində Hindistanı

arrow Ətraflı
“Mən bacarmıram, amma Musa incəincə ...” like
  • 03 Dek 19:10  
Şou-biznes “Mən bacarmıram, amma Musa incəincə ...”

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı m

arrow Ətraflı
“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan! (FOTO) like
  • 03 Dek 19:03  
Digərləri “BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan! (FOTO)

Ölkənin ən gənc mobil operatoru “Nar”, “BakuTel-2019” - 25-ci Beyn

arrow Ətraflı
Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib - YENİLƏNİB like
  • 03 Dek 19:02  
Siyasət Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Beynəlx

arrow Ətraflı
"BMW" də avtomobilləri geri çağırdı like
  • 03 Dek 19:00  
Digərləri "BMW" də avtomobilləri geri çağırdı

"BMW" şirkəti Rusiyada 4,1 mindən çox avtomobili geri çağırıb.

arrow Ətraflı
Elxan Ələsgərov: "Erməni nazir Rusiyaya qarşı ərazi iddiaları irəli sürüb" like
  • 03 Dek 18:58  
Siyasət Elxan Ələsgərov: "Erməni nazir Rusiyaya qarşı ərazi iddiaları irəli sürüb"

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman

arrow Ətraflı
Bakıda ilk dəfə məşhurların paradı ilə “Qış nağılı” like
  • 03 Dek 18:56  
Şou-biznes Bakıda ilk dəfə məşhurların paradı ilə “Qış nağılı”

Qışın ilk günü - 1 dekabr 17:00-da Heydər Əliyev Sarayında Yeni il filmi

arrow Ətraflı