Prezident İlham Əliyev yeni rektoru təyin etdi


Siyasət 03 Dek 2019 17:51:00 109 0

Prezident İlham Əliyev yeni rektoru təyin etdi

Prezident İlham Əliyev Elbrus İsayevinNaxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin".

Prezident İlham Əliyev digər sərəncamı ilə Elbrus İsayevi Naxçıvan Dövlət Universitetinin rektoru təyin edib.