Gənclər Fondu "VətənimİZ" devizi altında konfrans təşkil edib

Siyasət 03 Dek 2019 14:42:10 155 0

Gənclər Fondu "VətənimİZ" devizi altında konfrans təşkil edib

Azərbaycan Respublikasının Gənclər Fondu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” "VətənimİZ" devizi altında silsilə tədbirlərlə davam edib.

Gənclər Fondundan "Report"a verilən məlumata görə,tədbirlərə respublikanın 17 şəhər və rayonunda ümumilikdə 1000-dən artıq gənc cəlb olunub. Könüllü hərəkatları təmsil edən və fəal gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeylərinin ekspozisiyası ilə tanış olublar. Ulu Öndərin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədi ilə keçirilən tədbirlər tarix və vətənpərvərlik mövzularında sənədli və bədii filmlərin izlənməsi ilə davam edib.

Bu çərçivədə həmçinin Bakı Gənclər Mərkəzində 300 gəncin iştirak etdiyi "Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans təşkil olunub. Konfransdan sonra gənclər birlikdə film izləyib, ölkədə fəaliyyət göstərən müxtəlif könüllü təşkilatları və hərəkatlarının komandaları arasında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği mövzusunda intellektual kvest yarışması təşkil olunub.

“Azərbaycan Könüllülük Həftəsi” dekabrın 9-dək bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcək. “Şəhidimiz” kampaniyası ilə start götürən Həftə növbəti günlərdə “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, “TəbiətimİZ” adı altında ekoloji aksiyaların və digər tədbirlərin təşkili ilə davam edəcək.

Dekabrın 5-də isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak edəcək. Həftənin ən fəal 300 könüllüsü 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəklər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək