Prezident İlham Əliyev Putinə başsağlığı verdi


Siyasət 02 Dek 2019 17:50:00 125 0

Prezident İlham Əliyev Putinə başsağlığı verdi

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər veirr ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç, 

Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".