Bakıda əcnəbi vətəndaşa qarşı soyğunçuluq edən dəstə üzvləri saxlanıldılar


Kriminal 30 Noy 2019 16:50:00 130 0

Bakıda əcnəbi vətəndaşa qarşı soyğunçuluq edən dəstə üzvləri saxlanıldılar

Noyabrın 26-da saat 2 radələrində Səbail rayonu ərazisindəki hostellərin birində 4 nəfərin oranın icarədarı olan Pakistan vətəndaşının içərisində 3000 ABŞ dolları olan çantasını açıq talama yolu ilə aparması barədə 9-cu Polis Bölməsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a daxil olan məlumata görə, zərərçəkmiş bildirib ki, onlardan birini saxlamaq istəyərkən həmin şəxs onun əlini dişləyib hadisə yerini tərk edib.

9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilib.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Əsgərov və qrupun digər üzvləri - Göyçay, Salyan və Bakı şəhər sakini olan 3 yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıblar.