Prezident Administrasiyasının yeni strukturu təsdiq edilib


Siyasət 29 Noy 2019 17:18:47 115 0

Prezident Administrasiyasının yeni strukturu təsdiq edilib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.&

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, səəncama əsasən,“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi istisna olmaqla, Administrasiyanın digər struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.