"O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq


Kriminal 26 Noy 2019 19:50:00 121 0

"O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq

Dekabrın 4-də Opera və Balet Teatrında Üz.Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası nümayiş olunacaqdır.

Son.az xəbər verir ki, Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus ən populyar əsərlərdən biri olan "O olmasın, bu olsun" musiqili komediyası 1910-cu ildə qələmə alınmışdır.  Tamaşanın premyerası  25 aprel 1911-ci ildə məhz Opera və Balet Teatrının binasında baş tutmuşdur. 2006-cı ildə Opera və Balet Teatrının rəhbərliyi yenidən bu ölməz əsərə müraciət etmiş, onu yeni quruluşda səhnəyə qoymuş və repertuara daxil etmişdir.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissoru olduğu tamaşada əsas rollarda Teatrın bir çox aparıcı solistləri -  Xalq artistləri Azər Zeynalov (Məşədi İbad) və Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər İnarə Babayeva (Gülnaz), Fərid Əliyev (Sərvər), Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (Qocu Əsgər), Ələkbər Əliyev (Həsənqulu bəy), Tural Ağasıyev (Rza bəy), solistlər Fəhmin Əhmədli (Həsən bəy),  Ağaxan Şərifov (Hambal) və b. çıxış edirlər.