Payız Əfsanələri” adlı Beynəlxalq İncəsənət Müsabiqəsi keçirilib FOTO


Kriminal 26 Noy 2019 19:26:00 219 0

Payız Əfsanələri” adlı Beynəlxalq İncəsənət Müsabiqəsi keçirilib  FOTO

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında , "Payız Əfsanələri" adlı Beynəlxalq İncəsənət Müsabiqəsi keçirilib.

Hər il yarışmaya yerli kollektiv və fərdi iştirakçılarla yanaşı, xarici iştirakçılar da qatılırlar. Bu il də yarışmaya iştirakçı sayı 4 mindən çox olmaqla, paytaxt Bakıdan, bölgələrdən və xarici ölkələrdən Gürcüstan, Türkiyə, İrandan iştirakçılar qatılıb. 2 gün davam edən yarışmada sağlamlıq imkanları məhdud uşaqlar da iştirak edib. Onu da qeyd etmək lazımdır ki, piano nominasiyalarında iştirakçıların saylarının artımı müşayət olunub.

"Müsabiqə incəsənət və rəqs növləri üzrə keçirilmişdir. Bütün iştirakçıları təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıram. Bununla yanaşı daima əziyyətlərini çəkən, onlara bu sahələri öyrədən, bu cür istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdikləri üçün bəddi rəhbərlərə təşəkkür edirəm. Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün Əməkdar artist adını almış, görkəmli incəsənət xadimləri olan münsiflər heyətinə də təşəkkür edirəm" - deyə Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov bildirib.

"Payız Əfsanələri" yarışmasında bir neçə janrlarda iştirakçıların çıxışları olub - tamaşa, bədii qiraət, ədəbi bədii kompozisiya, hip-hop, k-pop, show dance, belly dance, Bollywood, fortepiano, fortepiano - gitara, fortepiano - tar, fleyta, klarnet, gitara, skripka, akademik vokal, estrada vokal, vokal estrada, qanun, santur, ud, kamança, nağara, xanəndə, qarmon, dəf, bağlama, saz, tar, folk show, folk etnika, folk stayl.

Bu janırlar: 1 - folklor, 2- klassik, 3- Estrada , incəsənətin bir neçə növləri - mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya. İştirakçılar yaş kateqoriyalarına bölünürlər. Baby (4-7 yaş), uşaq (7-10 yaş ), yunior ( yeniyetmələr  11-15 yaş), ergin ( böyüklər 16 yaşdan yuxarı).