Saatlıda hamilə qadını zorlayan şəxs şikayətini geri götürdü


Kriminal 25 Noy 2019 20:59:00 367 0

Saatlıda hamilə qadını zorlayan şəxs şikayətini geri götürdü

Ali Məhkəmədə zorlamada təqsirləndirilən A.A. barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Bildirilib ki, A.A. kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. 

Ali Məhkəmə onun müraciətini təmin edib.  

İttihama görə, hadisə 2018-ci il noyabrın 2-də Saatlı rayonunun Şirinbəy kəndi ərazisində baş verib. Sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs hadisə baş verən gün gecə saat 23 radələrində həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinə gedərkən yolda 2000-ci il təvəllüdlü Ayna Vəliyeva (ad, soyad şərtidir) ilə qarşılaşıb.

A.Vəliyeva həmin gecə əri ilə dalaşaraq evdən qaçıb, anasının Sabirabad şəhərində yerləşən mənzilinə getməkdən ötrü yolun kənarı ilə Şirinbəy kəndinin çıxışına doğru hərəkət edirmiş. Bu zaman A.Ağamalıyev spirtli içkinin təsirindən qadınla cinsi münasibətdə olmaq fikrinə düşüb. 

O, avtomobilini A.Vəliyevanın yanına sürərək, onu maşına mindirmək istəyib. Qadın onun təklifini rədd etsə də, A.A. qadından əl çəkməyib. O, qadını əlindən tutaraq zorla avtomobilə mindirib.