Vəzifəli şəxsə verilməli olan gizli qutu və müəmmalı 105 min dollar
Kriminal 24 Noy 2019 15:37:00 81 0
Bakıda tanışını güllələyən şəxs hakim qarşısına çıxarılıb. Prokuror həbs edilən şəxsə ağır cəza istəyib. Hadisənin ilginc səbəbləri var.
Bu xəbəri də oxu: Zaqatalada kafedə işləyən üç uşaq anasını əri öldürdü
Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Dövlət ittihamçısı törətdiyi əmələ görə Rafət Nərimanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Rafət Nərimanov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikə) maddələri ilə ittiham edilir. İttihama görə, Rafət Nərimanov 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova odlu silahdan 4 dəfə atəş açıb. Buna səbəb tanışların pul məsələsinə görə aralarında yaranmış mübahisə olub.
Belə ki, ittihamda göstərilir ki, Nizami Qasımov tanışı Rafət Nərimanova saxlaması üçün 105 min dollar pul verib. Lakin Rafət Nərimanov sonradan pulu geri qaytarmayaraq mənimsəyib. Bu səbəbdən tərəflər arasında yaşanan mübahisə zamanı Rafət Nərimanov özünə məxsus odlu silahla Nizami Qasımova atəş açıb. Xəstəxanaya çatdırılan N.Qasımovun həyatını xilas etmək mümkün olub.
Elan olunmuş ittihamla Rafət Nərimanov özünü qismən təqsirli bilib. Deyib ki, Nizami Qasımovu öldürmək niyyəti olmayıb. O, iddia edir ki, Nizami Qasımov ona 105 min dollar pulu verməyib.
Rafət Nərimanov ifadəsinə bunları əlavə edib: "Nizaminin evindən oğurluq edilmişdi. O da mənə bağlı bir qutu gətirdi. Dedi ki, içində bahalı hədiyyə var. Mən də aparıb evdə saxladım. Sonra qutunu məndən istəyəndə özünə təhvil verdim. Mənə içərisində pul olduğunu deməmişdi. Mənə dedi ki, qutuda olan 105 min dollar yoxdur. Buna görə də mübahisə elədik. Məni özümdən çıxardı. Mən də onu qorxutmaq üçün atəş açdım".
Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən na

Türkiyədə illərdir axtarılan mafiya lideri Eyvaz Qorxmaz tutulub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazad

Əməkdar artist Gülzar Qurbanova rejissor həyat yoldaşı Elxan Cəfərovla f

Fransanın cənubundakı uzun müddət sürən yağışlar daşqınlara səbəb

Noyabr ayının 22-də Daş salnamə Muzeyində Azerbaijan Fashion Week - ölkə

Pakistanın Kəraçi şəhərində dəhşətli qətl hadisəsi baş verdi. Kasim

Bu gün "Azəriqaz" İstehsalat Birliyinin abonentlərin qazla təmina

Sumqayıt hadisələrini erməni mərkəzlərinin törətdiyini sübut edən fak

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası b

İstanbulun Sultanqazi bölgəsində beşmərtəbəli binadayaşayan ailə evlə

Kürdəmir rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəza

Müğənni Ayan Babakişiyeva Xəzər TV-də yayımlanan "Şən bazar"

Bakı Nəqliyyat Agentliyi dayanma durma qaydalarını pozan sürücüləri cər

Sumqayıt kimya-sənaye parkının rezidenti “SOCAR Polymer” polietilen iste
