Həftənin ilk günü intensiv yağış yağacaq


Siyasət 24 Noy 2019 13:13:50 403 0

Həftənin ilk günü intensiv yağış yağacaq

​Noyabrın 25-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 25-dəBakıda və Abşeron yarımadasındaarabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 6-9° isti,Bakıda gecə 4-6°, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.