Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb


Siyasət 22 Noy 2019 14:04:41 440 0

Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb

Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb

Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb.

"Report"un məlumatına görə, SuraxanıRayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Təyublı Mirteyub Xaqani oğlu vəzifəsindən azad edilib.

Eyni zamanda,İcra Hakimiyyətininİctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu isə yaş həddinə görə işdən çıxarılıb.

Hələ ki, onların yerinə heç bir təyinat olmayıb.

Faktı "Report"aSuraxanı Rayon İcra Hakimiyyətininİctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirBarxudarBarxudarov təsdiqləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz ƏzizovBakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəlYasamal Rayon İcra Hakimiyyətinin başçısı olub.

Xatırladaq ki, son günlər mətbuat Ə.Əzizovun RİH-də qalmaqallıkadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc edib.