Bakıda Azerbaijan Fashion Week (Azərbaycan Moda Həftəsinin) 10cu yubiley mövsümü keçiriləcək


Kriminal 21 Noy 2019 20:40:00 59 0

Bakıda Azerbaijan Fashion Week (Azərbaycan Moda Həftəsinin) 10cu yubiley mövsümü keçiriləcək

2015-ci ilin may ayında Azərbaycanda Azerbaijan Fashion Week Moda Həftəsinin birinci mövsümü keçirildi, bununla, ölkəmizdə Moda Həftələrinin keçirilməsinin başlanğıcına imza atılmış oldu.

Son.az xəbər verir ki, bu genişmiqyaslı layihə ölkədə fashion-bazarının yaranmasına səbəb oldu. O dövrdə mövcud olan azsaylı modelyerlər öz fəaliyyətlərini dağınıq halda aparırdılar, və özlərini tanıtmaq üçün çox səy göstərirdilər. Azerbaijan Fashion Week dəb sahəsində çalışanların bütün cəhdlərini birləşdirən meydançaya çevrilərək, dizayner, bayer, yerli və xarici mətbuat nümayəndələri, və paytaxtın bütün dəbpərəstlərini bir araya gətirən platform oldu. Öz fəaliyyətinin on mövsümü ərzində Azerbaijan Fashion Week - Azərbaycanın ən vacib moda hadisəsi statusunu qoruya bilmişdir.

Noyabrın 22, 23 və 24 AFW-in ənənəvi meydançasına çevrilən Daş salnamə muzeyində Azerbaijan Fashion Week - ölkəmizin rəsmi moda həftəsinin 10-cu yubiley mövsümünün nümayişləri keçiriləcək. Bu dəfə də, fashion dünyasının ən maraqlı və parlaq simaları seçilmiş tamaşaçılara təqdim ediləcək.

Azərbaycan Moda Həftəsinin 10-cu yubiley mövsümü iştirakçılarının arasında bir çox beynəlxalq qonağın adları var. AFW partnyorları - Oriental Fashion Show qonaqlara üç dizayner kolleksiyası təqdim edəcək - Faiza Antri Bouzar (Əlcəzair), Fatima Zahra Idrissi (Mərakeş) və Hind Morad (Mərakeş). Günəşli Özbəkistan dörd brendin yaradıcılığını təqdim edəcək  - Elmira Batyrova, Art by Sofia, Nadi Nur və Suhrob Habib Mens. Azərbaycan tamaşaçısının sevgisini qazanmış Qazaxıstanlı dizaynerlər Alex Chzhen, Botaya, Tarbiya, Nomad Homme + və A-Sain Kids öz yeni kolleksiyalarını təqdim edəcəklər. Qonaqpərvər Gürcüstanı Mak Mari və Kashen, Rusiyanı isə - Ayza və Nikita Okishev təqdim edəcək.

Əlbəttə ki, Azerbaijan Fashion Week-in hər nümayişində, sayı günü-gündən artan Azərbaycan dizaynerlərinə həsr edilmiş xüsusi hissə ayrılacaq. Azərbaycan Moda Həftəsinin 10-cu yubiley mövsümü çərçivəsində Noora, Günel Behbudova, Ülkər Həsənova, Shan Atelier, GM Fashion, Giedi, RM Couture, Velor və son mövsümün yeni siması - Scandar, 2020-ci ilin yaz-yay kolleksiyalarını təqdim edəcəklər.

Merilinin gözəllik sirlərindən biri like
  • 21 Noy 20:38  
Digərləri Merilinin gözəllik sirlərindən biri

ABŞ-ın əfsanəvi aktrisası Merilin Monronun daha bir gözəllik sirri açıl

arrow Ətraflı
Fanatının qorxusundan evini dəyişdirdi like
  • 21 Noy 20:34  
Digərləri Fanatının qorxusundan evini dəyişdirdi

Türkiyəli müğənni İrem Derici manyak fanatının qorxusundan yaşadığı

arrow Ətraflı
Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb like
  • 21 Noy 20:33  
Digərləri Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb

2019-cu il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətl

arrow Ətraflı
Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb like
  • 21 Noy 20:25  
Digərləri Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb

2019-cu il oktyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətl

arrow Ətraflı
Binəqədidə anbar yanıb like
  • 21 Noy 20:20  
Digərləri Binəqədidə anbar yanıb

Binəqədidə anbarda yanğın olub.

arrow Ətraflı
Türkiyə hərəkatdan sonra Suriyaya qayıdanların sayını açıqladı like
  • 21 Noy 20:17  
Dünya Türkiyə hərəkatdan sonra Suriyaya qayıdanların sayını açıqladı

Türkiyə Müdafiə naziri Hülusi Akar Suriyadakı hərəkatlardan sonra terror

arrow Ətraflı