Prezident İlham Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi


Siyasət 20 Noy 2019 13:50:00 375 0

Prezident İlham Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Rafil Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər bir sərəncamla Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.