Məşhur diktorla vətəndaş nikahında yaşayan


Kriminal 20 Noy 2019 12:39:00 437 0

Məşhur diktorla vətəndaş nikahında yaşayan

Bu gün 70-80-ci illərin populyar Azərbaycan müğənisi Hüseynağa Hadıyevin doğum günüdür.

Son.az kulis.az-a istinadən bu münasibətlə sənətçinin həyatına dair maraqlı faktları təqdim edir. Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olub. Anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı olub.

***

"Pionerlər" evində qarmon dərnəyinə gedən sənətçinin ali musiqi təhsili olmayıb.

***

1972- ci ildə ailə həyatı quran sənətçi dövlət televiziyasında çəkilişlərin birində AzTv-nin həmin dövr üçün məşhur diktorlarından olan Gülya Seyidbəyliyə aşiq olur. Həyat yoldaşı ilə rəsmi nikahda ola-ola Gülya Seyidbəyli ilə vətəndaş nikahında yaşayıb.

***

Türk mahnılarının Azərbaycanda ilk ifaçısı olub.

***

Image result for Hüseynağa Hadıyev

Fərqli stilə malik olan müğənni tez-tez ekranlarda görünsə də zaman-zaman geyim tərzləri onun efirə çıxmasına maneə yaradıb.

*** Sənətkar qızıl-zinət əşyalarının, xüsusilə də brilliant həvəskarı olub.

***