UNESKO baş katibinin müavini: "Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk"


Siyasət 20 Noy 2019 07:55:05 283 0

UNESKO baş katibinin müavini: "Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk"

​UNESKO baş katibinin müavini: "Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk"

"Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının işini yüksək qiymətləndiririk.

"Report"un Fransa bürosu xəbər verir ki, bu fikirləri UNESKO baş katibinin müavini Firmin Edouard Matoko Parisdə UNESKO-nun mənzil qərargahında Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının 25 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.

UNESKO baş katibinin müavini Azərbaycanın bu qurumuntərkibində aktiv fəaliyyət göstərdiyini deyib: "Azərbaycan UNESKO tərkibində çoxsaylı tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Bakıda hər iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESKO-nun əsas tədbirlərindən birinə çevrilib. Azərbaycanın UNESKO-dakı fəaliyyətini yüksək qiymətləndiririk."

Firmin Edouard Matoko Azərbaycanın UNESKO-ya üzv olmaqla üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirdiyini bildirib: "UNESKO dəyərlərinə sadiqlik nümayiş etdirməklə yanaşı, Azərbaycan bu dəyərləri öz sərhədləri daxilində uğurla təbliğ edir. Azərbaycan gənc dövlət olmasına baxmayaraq hər zaman öz təcrübəsini bölüşməyə hazırdır".