Muğam Mərkəzinin fəaliyyəti Gürcüstanın televiziya kanalında geniş işıqlandırıldı VİDEO


Kriminal 18 Noy 2019 14:38:00 303 0

Muğam Mərkəzinin fəaliyyəti Gürcüstanın televiziya kanalında geniş işıqlandırıldı  VİDEO

Beynəlxalq Muğam Mərkəzinin oktyabr ayında Gürcüstanda reallaşdırdığı "Dəyirmi masa" layhəsi gürcü KİV vasitələri tərəfindən böyük maraqla qarşılanıb.

Son.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə  Gürcüstan Dövlət Folklor Mərkəzi dəstəyi ilə Gürcüstanda, Tbilisi şəhərində "Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusunda keçirilən "Dəyirmi masa" tədbiri və eləcə də BMM fəaliyyəti ilə bağlı gürcü televiziyası xüsusi reportaj hazırlayaraq təqdim edib.

Efirə gedən reportajda BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov mərkəzin yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Direktor beynəlxalq əməkdaşlığın vacibliyi və mədəniyyətlərin təbliği baxımından qarşılıqlı əməkdaşlıq mövzusunda fikirlərini bölüşüb. Həmçinin Gürcüstanda keçirilən Azərbaycan(muğamlar, xalq mahnıları və təsniflər) və gürcü(folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusunda keçirilən "Dəyirmi masa" nın hər iki xalq arasında musiqi ənənələrinin davamlı inkişafına öz töhfəsini verəcəyini də vurğulayıb. Reportajda, həmçinin BMM-nin Gürcüstanda təşkil etdiyi "Qarabağ" muğam qrupunun konserti və digər layihələri haqqında da məlumat verilib.

(adsgarden = window.adsgarden || []).push({});