Gürcüstandan qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər aşkarlandı FOTO


Kriminal 16 Noy 2019 19:00:00 314 0

Gürcüstandan qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər aşkarlandı  FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7800 ədəd siqaretin və 1872 ədəd şirniyyat məhsullarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn vətəndaşların idarə etdiyi "VAZ-21033" və "Honda Ridgeline" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 7800 ədəd "King" markalı siqaret və üzərində "Kent Kakao" sözləri yazılan 1872 ədəd şirniyyat məhsulları aşkar olunub.