"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu


Kriminal 15 Noy 2019 19:37:00 256 0

"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank" ASC-nin mənimsəmədə təqsirləndirilən vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.

Qeyd edək ki, dövlət ittihamçısı Ş.İlyasovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini təklif etmişdi.

Prokuror digər təqsirləndirilənlərə 5 il şərti azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.

Təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Tağıyeva da bankın əməkdaşı olub.