"Dövlət marağında düşmən ölkə vətəndaşlarının ölkəyə gətirilməsi normaldır, amma..." QAT sədri


Siyasət 15 Noy 2019 17:51:00 76 0

"Dövlət marağında düşmən ölkə vətəndaşlarının ölkəyə gətirilməsi normaldır, amma..."  QAT sədri

"Hansısa QHT və ya 5-ci kolon tərəfindən ermənilərin Azərbaycana gətirilməsi yolverilməzdir".

Son.az xəbər verir ki, bu sözləri lent.az-a erməni jurnalistlərin Bakıya gəlişi barədə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O, dövlət marağı dairəsində düşmən ölkə vətəndaşlarının ölkəyə gətirilməsinin normal olduğunu bildirib:

"Bununla bağlı açıqlamamız oldu. Hansısa QHT və ya 5-ci kolon tərəfindən ermənilərin Bakıya, ümumən Azərbaycana gətirlməsi Azərbaycanın siyasi xəttinə, Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlara ziddir. Ancaq düşmən ölkə vətəndaşlarının Azərbaycana dövlət nəzarəti altında, Xarici İşlər Nazirliyinin icazəsi ilə gətirilməsi normal haldır. Əgər ermənilərin ölkəyə gəlməsi Azərbaycanın dövlət marağına xidmət edirsə, bu normal qarşılanmalıdır. Təhlükəsizlik baxımından dövlətin nəzarəti də zəruridir".

Erməni jurnalistlərin Bakıya gəlməsinin Qarabağ münaqişəsinin həlli üçün müsbət rol oynaya biləcəyini deyən QAT sədri, fərdi şəxslərin ermənilərlə dostluq əlaqəsinin ziyanlı olduğunu vurğulayıb:

"Dövlət xətti ilə ermənilərin ölkəyə gətirilməsi Qarabağ münaqişəsinin həlli yolunda müsbət rol oynaya bilər. Ancaq ayrı-ayrı şəxslərin dövlət nəzarəti və marağı olmadan ermənilərlə dostluq etməsi, onlarla şəkil çəkdirib sosial şəbəkədə paylaşması bizim üçün ziyandan başqa bir əhəmiyyət kəsb etmir. Bu kimi faktlar siyasi arenada ölkəmizə qarşı oynanıla bilər. Unutmamalıyıq ki, onlar düşməndir, düşmənə güvənmək olmaz".

Akif Nağı ermənilərlə birgə yaşayış və dostluğun yalnız Qarabağın azadlığından sonra mümkünlüyünü də deyib. Təşkilat sədri bunun da hər iki xalqın istəyindən asılı olacağını bildirib.

Qeyd edək ki, noyabrın 17-də Rusiyanın təşəbbüsü ilə 5-6 nəfərlik erməni jurnalist qrupu Bakıya gələcək. Məlumatı "Yeni nəsil" jurnalistlər Birliyinin sədri Arif Əliyev də təsdiqləyib. Eyni zamanda, noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.

Rusiyanın sözügedən təşəbbüsü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə irəli sürülüb. Nazir Qarabağ münaqişəsi tərəflərinin "vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün" jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı. Son.az

XİN əcnəbi diplomatlar üçün ixtisasartırma kursu keçir like
  • 15 Noy 17:49  
Digərləri XİN əcnəbi diplomatlar üçün ixtisasartırma kursu keçir

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişaf

arrow Ətraflı
Məşhur cütlük boşanır like
  • 15 Noy 17:49  
Digərləri Məşhur cütlük boşanır

Dünyanın ən məşhur cütlüyü Amal və Corc Kluni ilə bağlı şok iddia

arrow Ətraflı
Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı like
  • 15 Noy 17:39  
Dünya Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı

Çinin Orta Şərqə unikal "PUA" (Pilotsuz Uçuş Aparatı) satması

arrow Ətraflı
“Özümü niyə ucuz seriallarda xərcləməliyəm?” like
  • 15 Noy 17:34  
Şou-biznes “Özümü niyə ucuz seriallarda xərcləməliyəm?”

"Mən yalnız filmlərə çəkilirəm. "Çölçü", "Yarım

arrow Ətraflı
Bakıda süni intellekt və insan hüquqları mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO) like
  • 15 Noy 17:34  
Digərləri Bakıda süni intellekt və insan hüquqları mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiya

arrow Ətraflı
Noyabrın 18-nə manatın məzənnəsi like
  • 15 Noy 17:28  
Digərləri Noyabrın 18-nə manatın məzənnəsi

Noyabrın 18-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda şəkərli diabetin bu növü daha geniş yayılıb like
  • 15 Noy 17:24  
Digərləri Azərbaycanda şəkərli diabetin bu növü daha geniş yayılıb

Azərbaycanda ikinci tip şəkərli diabet xəstəliyi uşaq və gənclər aras

arrow Ətraflı
Azərbaycanda aktual problem - artıq çəki və piylənmədir... like
  • 15 Noy 17:23  
Digərləri Azərbaycanda aktual problem - artıq çəki və piylənmədir...

Bütün dünyada olduğu kimi Azərbaycanda da artıq piylənmə aktual probleml

arrow Ətraflı
"Mən, Elnarə hara, Miri Yusif hara?" like
  • 15 Noy 17:19  
Şou-biznes "Mən, Elnarə hara, Miri Yusif hara?"

Müğənni Manaf Ağayev Əməkdar artist Miri Yusiflə bağlı maraqlı açıql

arrow Ətraflı
FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib (FOTO) like
  • 15 Noy 17:17  
Digərləri FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib (FOTO)

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və FHN işçilər

arrow Ətraflı
Bu xəstələrin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir like
  • 15 Noy 17:14  
Digərləri Bu xəstələrin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir

Elmi Tədqiqat Kardiologiya İnstitutuna müraciət edən ürək xəstələrinin

arrow Ətraflı
Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb like
  • 15 Noy 17:10  
Siyasət Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ağsu rayonunda baş vermiş təbii fəlakətin nətic

arrow Ətraflı