Milli Məclisin deputatları Belarusda parlament seçkilərini müşahidə edəcək


Siyasət 14 Noy 2019 17:11:00 312 0

Milli Məclisin deputatları Belarusda parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu gündən Minskdə səfərdə olacaqlar.

Son.az Trend-ə istinadən bildirir ki, millət vəkilləri Sahibə Qafarova AŞPA-nın xətti ilə, Xanlar Fətiyev MDB İcraiyyə Komitəsinin beynəlxalq müşahidəçilər missiyasının tərkibində, Tahir Mirkişili isə ATƏT PA-nın beynəlxalq müşahidəçilər missiyasının tərkibində prosesə qatılacaqlar.

Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrinə gedəcək, orada yaradılmış şəraitlə yaxından tanış olacaq, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər noyabrın 18-də başa çatacaq.