Azərbaycan vətəndaşı Moskvada silah alverində ittiham olunur


Kriminal 13 Noy 2019 14:39:00 288 0

Azərbaycan vətəndaşı Moskvada silah alverində ittiham olunur

Moskva polisi odlu silahın qanunsuz dövriyyəsində şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Moskva" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, noyabrın 11-də hüquq-mühafizə orqanlarının əməkdaşları Semenovskaya sahilində dörd Azərbaycan vətəndaşı olan avtomobili dayandırıblar.

"Avtomobildə axtarışlar aparılıb. Axtarışlar zamanı avtomobilin oturacağının altında Makarov tapançasına bənzər iki silah, 20-yə yaxın güllə tapılıb. 1985-ci il təvəllüdlü sürücü Dağıstan sakininin adına qeydiyyata alınmış "Audi A6" markalı avtomobilinin sənədlərini təqdim edib. Şəxsi axtarış zamanı sürücünün şalvarının kəmərində daha bir silah aşkarlanıb", - deyə polisdən bildirilib.