Prezident Suraxanı Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi


Siyasət 12 Noy 2019 12:40:00 297 0

Prezident Suraxanı Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev İ.N.Abbasovun Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".