Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi SƏRƏNCAM


Siyasət 12 Noy 2019 12:56:00 324 0

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi  SƏRƏNCAM

Prezident İlham Əliyev Ə.İ.Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalaylb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".