Xose Bernardo onu bıçaqlayan şəxsin kimliyini açıqladı: "Qardaşım arvadının..."


Kriminal 12 Noy 2019 09:37:00 275 0

Xose Bernardo onu bıçaqlayan şəxsin kimliyini açıqladı: "Qardaşım arvadının..."

Teleaparıcı Xose Bernardo və qardaşı Rəfael Hüseynovun bıçaqlanmasının təfərrüatı məlum olub.

Son.az xəbər verir ki, APA TV-yə açıqlama verən aparıcının sözlərinə görə, hadisə evlərinin qarşısında baş verib.

O, axşam radələrində evdə olarkən qardaşı Rəfael Hüseynovun həyətdə bir nəfərlə mübahisə etdiyini eşidib. Səsə çölə çıxan zaman artıq Rəfaelin qan içində olduğunu görüb: "Qardaşımın səsinə çıxdım evdən. Gördüm qardaşım bir nəfərlə əlbəyaxa dalaşır. Onda gördüm ki, qardaşım artıq bıçaqlanıb. Onun üstünü qanlı görəndə mən həmin oğlanla tutaşdım. O zaman mənə bıçaq necə dəyib, hiss eləməmişəm. Ondan sonra xəbərim yoxdur".

Səs-küyə qonşular çıxan zaman həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb. Xose Bernardo deyir ki, onları bıçaqlayan şəxsi qardaşı Rəfael Hüseynov əvvəllər tanıyıb: "Bıçaqlayan şəxs qardaşımın indiki həyat yoldaşının keçmiş əri olub. Hesab edirik ki, hadisə qısqanclıq zəminində baş verib".