Azərbaycan “ŞərqQərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir RƏYLƏR


Siyasət 10 Noy 2019 08:17:00 38 0

Azərbaycan “ŞərqQərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir  RƏYLƏR

Azərbaycan "Şərq-Qərb" nəqliyyat dəhlizinin kilid parçasına çevrilir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov "Bir kəmər, bir yol" layihəsini olduqca əlverişli layihə hesab edib.

O qeyd edib ki, "Bir kəmər, bir yol" (One Road One Belt) layihəsi Tarixi İpək Yolunun bərpasına hədəflənib.

Deputatın sözlərinə görə, bu layihə Çin məhsullarının bir neçə istiqamətdə qərb bazarlarına çıxarılmasını təmin edəcək. Bu isə öz növbəsində Çinin dünya iqtisadiyyatındakı dominant rolunu daha da artıracaq.

Azərbaycanın layihəyə verdiyi töhfənin danılmaz olduğunu vurğulayan C.Osmanov bildirib ki, Çinlə əməkdaşlıq region üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan-Çin münasibətlərinin daha da inkşaf etdirilməsini xüsusi diqqət mərkəzində saxlayır.

Milli Məclisin deputatı Tahir Rzayev isə Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırması və bir sıra əhəmiyyətli nəqliyyat layihələrini həyata keçirməsi Çin hökumətinin ölkəmizə olan marağını daha da artırıb:

"Çin və Azərbaycan arasında imzalanmış müqavilələr və artan ticarət dövriyyəsi iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu münasibətlər qarşılıqlı fayda və dostluq prinsipləri əsasında qurulub. Çin Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük investisiyalar yatırmaqla yanaşı, ölkəmizə qeyri-neft sektoru məhsullarının ixracı üçün özünün geniş bazarlarını açır. Azərbaycan qeyri-neft sektorunun inkişafı istiqamətində daha böyük nailiyyətlər əldə etdikcə Çin-Azərbaycan münasibətlərinin inkişafı daha sürətlənəcək və daha geniş miqyasa malik olacaq. Çin-Azərbaycan münasibətlərində baş verən inkişaf iki ölkə arasında ticarət dövriyyəsinin də artmasına səbəb olub. Bunun nəticəsidir ki, artıq Çin Azərbaycanın 4 ən böyük ticarət tərəfdaşından biridir".

T.Rzayev əlavə edib ki, son illərdə Ələtdə Beynəlxalq Limanın və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, ölkəmizi Mərkəzi Asiyanı qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə şimalla birləşdirən nəqliyyat qovşağına çevirir.

Deputat bu fikirdədir ki, Azərbaycanın planlaşdırılan bütün nəqliyyat infrastruktur layihələrini uğurla həyata keçirməsi, "Bir kəmər, bir yol" layihəsi ölkəmizə etibarlı tərəfdaş imici qazandırıb: "Müasirləşən nəqliyyat infrastrukturu, sabit və davamlı inkişaf edən sosial-iqtisadi vəziyyət və coğrafi cəhətdən spesifik ərazidə yerləşmə ölkəmizi Çinin regionda əsas tərəfdaşına çevirir:

"Adı çəkilən layihə çərçivəsində ölkəmizin qazanacağı iri həcmli gəlirlər Azərbaycanın daha da inkişaf etməsinə və qlobal ticarətdə önəmli tranzit ölkəyə çevrilməsinə yol açacaq. Bu faktor geosiyasi proseslərdə Azərbaycanın tədricən sözünün çəkisinin artmasına gətirib çıxara bilər".

Qeyd edək ki, Çindən Avropaya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarı artıq İstanbulu da keçərək Marmara tuneli vasitəsilə Avropada hərəkət etməkdədir.

"Çılğın olmaqdansa, sakit və düşüncəli olmaq daha yaxşıdır"  Debüt  FOTO like
  • 10 Noy 08:06  
Kriminal "Çılğın olmaqdansa, sakit və düşüncəli olmaq daha yaxşıdır" Debüt FOTO

Mir Qabil Əkbərov: "Əgər rejissor  həm də yaxşı aktyordursa, qarş

arrow Ətraflı
Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir - RƏYLƏR like
  • 10 Noy 08:00  
Digərləri Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir - RƏYLƏR

Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrili

arrow Ətraflı
Yaşadığı ünvandan 538 kilometr uzaqda dərs deyən gənc müəllim  REPORTAJ  VİDEO  FOTO like
  • 10 Noy 07:55  
Digərləri Yaşadığı ünvandan 538 kilometr uzaqda dərs deyən gənc müəllim REPORTAJ VİDEO FOTO

Müəllimlik peşəsini seçən gənc müəllimlərin sayı ilbəil artmaqdadır

arrow Ətraflı
Dünyanın ən xoşbəxt xalqı məlum oldu like
  • 10 Noy 07:33  
Digərləri Dünyanın ən xoşbəxt xalqı məlum oldu

"Eurostat"ın 25 Avropa ölkəsində keçirdiyi sorğulara əsasən ö

arrow Ətraflı
Zaqatalanın payızı da başqa bir aləmdir... FOTOREPORTAJ like
  • 10 Noy 07:22  
Digərləri Zaqatalanın payızı da başqa bir aləmdir... FOTOREPORTAJ

Hər fəslin öz gözəlliyi var. "Qızıl payız" isə sanki təbiət

arrow Ətraflı
Boliviyada etirazlarda 383 nəfər xəsarət alıb like
  • 10 Noy 07:14  
Digərləri Boliviyada etirazlarda 383 nəfər xəsarət alıb

Boliviyada Evo Moralesin prezident seçkilərindəki qələbəsindən sonra baş

arrow Ətraflı
"Ailədən uzaq qalmaq asan deyildi..."  Örnək  FOTO like
  • 10 Noy 06:30  
Digərləri "Ailədən uzaq qalmaq asan deyildi..." Örnək FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.   

arrow Ətraflı
"Kyoto Animation" studiyasında yanğın törədən şəxs günahını etiraf edib like
  • 10 Noy 06:15  
Digərləri "Kyoto Animation" studiyasında yanğın törədən şəxs günahını etiraf edib

"Kyoto Animation" animasiya şirkətinin studiyasında yanğın törətməkdə

arrow Ətraflı
Xınalı Xızı dağları  FOTO like
  • 10 Noy 05:30  
Digərləri Xınalı Xızı dağları FOTO

Xızı paytaxta ən yaxın dağ rayonu olduğundan Bakıdan bura gələn turistl

arrow Ətraflı
Tehran nüvə silahı əldə etməyə çalışmayacaq like
  • 10 Noy 05:17  
Digərləri Tehran nüvə silahı əldə etməyə çalışmayacaq

İran heç bir halda nüvə silahı istehsal və ya əldə etməyəcək

arrow Ətraflı
Göydələnə qalxaq, amma rahat və təhlükəsiz like
  • 10 Noy 04:30  
Digərləri Göydələnə qalxaq, amma rahat və təhlükəsiz

Ekspert deyir ki, liftlərin dəyişdirilməsi ilə bağlı səmərəsiz xərcl

arrow Ətraflı
İlon Mask Marsda koloniya yaratmaq üçün nə lazım olduğunu açıqlayıb like
  • 10 Noy 03:30  
Digərləri İlon Mask Marsda koloniya yaratmaq üçün nə lazım olduğunu açıqlayıb

"SpaceX" kompaniyasının rəhbəri İlon Mask Marsda koloniya qurmaq

arrow Ətraflı
Araqçı: Təzyiqlər İranı güzəştə getməyə məcbur etməyəcək like
  • 10 Noy 03:12  
Digərləri Araqçı: Təzyiqlər İranı güzəştə getməyə məcbur etməyəcək

Təzyiqlər İranı ABŞ-a güzəştə getməyə məcbur etməyəcək

arrow Ətraflı
"Mənə görə, xoşbəxtlik bu qədər sadədir..." like
  • 10 Noy 02:30  
Digərləri "Mənə görə, xoşbəxtlik bu qədər sadədir..."

Hande Erçel: "Kiçik bir şəhərdə böyüməyimə baxmayaraq, böyük ar

arrow Ətraflı