Nazir: "Azərbaycan bölgədə və ondan kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərinə hər zaman dəstək verir" FOTO


Siyasət 09 Noy 2019 17:27:00 47 0

Nazir: "Azərbaycan bölgədə və ondan kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərinə hər zaman dəstək verir"  FOTO

Azərbaycan İƏT-i regional əməkdaşlığın vacib platformalarından biri hesab edir. Biz, şübhəsiz ki, iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. Biz bunu siyasi cəhətdən edirik, çünki bu, bizim siyasi iradəmizdir.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib: "Regional və bölgələrarası təşəbbüslərdə fəal iştirak etməklə, Azərbaycan bölgədə və ondan kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərinə hər zaman dəstək verir. Bu xüsusda, ölkəmizin İƏT çərçivəsində əməkdaşlıq fəaliyyətinə və bölgədə ticarət və əməkdaşlığın inkişafına verdiyi önəmi vurğulamaq istərdim.

Dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan nəqliyyat xidmətlərini iqtisadiyyatımızın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək tranzit və ticarət potensialımızı yerinə yetirməyə çalışır. Bunu nəzərə alaraq, Azərbaycan Trans-Avropa və Trans-Asiya dəmiryol şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək öz nəqliyyat infrastrukturunu şaxələndirir və modernləşdirir.

Artıq Çin və Avropadan bir neçə logistika şirkətinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars strateji magistral dəmir yolu, Yeni Beynəlxalq Dəniz Ticarət Limanı, sərmayəçilər üçün əlverişli olan azad iqtisadi zonanın iddialı konsepsiyası ilə birlikdə, Çinin rəhbərlik etdiyi Bir Kəmər, Bir Yol Təşəbbüsü üçün orta dəhliz qismində Transxəzər Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu, Əfqanıstanın potensialını açmaq üçün Lapis Lazuli ticarət yolu, həmçinin Şimal-Cənub və Cənub-Qərb ticarət dəhlizləri bütün İƏT regionunun tranzit potensialının artırılmasına yönəlmiş əsas infrastruktur layihələridir. Yalnız bu marşrutların xəritəsinə baxsanız bölgəmizdəki ticarət arteriyaları və damarları ilə bir-birinə bağlı olan şəbəkəni görə bilərsiniz. Bu, ticarətin asanlaşdırılması üzrə canlı ambisiyamızdır.

İƏT bölgəsində böyük potensiala malik digər bir sahə də informasiya-kommunikasiya texnologiyaları sahəsidir. Azərbaycan Qazaxıstan və Türkmənistan ilə, ölkələrimizin adlarını Avrasiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) xəritəsinə salmaq üçün genişzolaqlı şəbəkə qurmaq məqsədilə Transxəzər fiber-optik kabel bağlantısının həyata keçirilməsində əməkdaşlıq edir. Bununla, rəqəmsal fərqin aradan qaldırılmasına yönələn BMT-nin təşəbbüslərinə töhfə verməyə davam edəcəyik. Bu həm də İƏT bölgəsində ticarətin rəqəmsallaşdırılmasına kömək edəcək.

İƏT çərçivəsində həyata keçirilə biləcək mümkün birgə layihələrdən biri də ticarətin rəqəmsallaşdırılmasıdır. Bu daha çox ticarət həcmini cəlb edə bilər. Bu cür elektron ticarət platformalarını bölgədəki tərəfdaşlarımızla birlikdə təşviq edə bilərik. Beləliklə, bəlkə də həqiqətən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə əməkdaşlıq formatımızda ola biləcək imkanlara daha dərindən baxmalıyıq.

Kənd təsərrüfatı sahəsində Azərbaycan və digər İƏT üzv dövlətləri əhəmiyyətli irəliləyiş əldə etdilər. Bununla belə, hesab edirəm ki, bu sahədə əməkdaşlığı daha da artırmaq lazımdır. Bunu nəzərə alaraq, Azərbaycan bu il 3-4 dekabr tarixlərində İƏT Kənd Təsərrüfatı Nazirlərin 6-cı görüşünün keçirilməsini təklif etdi. Bakıda keçiriləcək bu mühüm tədbirdə ölkələrinizdən yüksək səviyyəli nümayəndə heyətlərini görməyi gözləyirik.

Digər sahə turizmdir. Turizm sahəsində əməkdaşlıq xalqlar arasında əlaqə qurmaq baxımından vacibdir. Biz həm də İƏT-dəki turizm layihələrini xalqlar arasında əlaqələri asanlaşdıran bir vasitə hesab edirik.

Bundan əlavə, biz regional enerji gündəliyində dayanıqlı enerji və enerji ətraf mühitini "ECO Vision 2025" və BMT-nin 2030 Gündəliyinə uyğun olaraq təmin etmək üçün İƏT-in davamlı səylərini qiymətləndiririk. Hesab edirik ki, bu regional diqqət İƏT bölgəsinin bərpa olunan enerji və səmərəliliyi sahəsində əməkdaşlıq imkanlarını aça bilər. İƏT Təmiz Enerji Mərkəzinin yaradılması bu meyllərə uyğun gələ bilər. Xahiş edirəm, təbii qazı unutmayaq, çünki bu, təmiz qalıq yanacaqdır və daha yaxşı enerjiyə qənaət edən həll yollarına keçməyə çalışdığımız zaman iqtisadiyyatlarımızda "keçid yanacağı" rolunu oynaya bilər.

2017-ci ildə qəbul edilmiş "İƏT Baxışı 2025" sənədi İƏT-in iqtisadi və sosial gündəliyini zənginləşdirməli və təşkilatın qarşıdakı on il üçün strateji istiqamətini müəyyənləşdirməlidir. Azərbaycan bu islahat prosesini mövcud qurumların səmərəliliyini artıra biləcək və İƏT-in gələcək inkişafına imkan yaradacaq birgə səylər vasitəsilə dəstəkləyir.

Azərbaycan iqtisadi əməkdaşlıqla yanaşı, digər sahələrdə də əməkdaşlığa önəm verir. Bu yaxınlarda 2019-cu ildə İƏT-in Korrupsiyaya Qarşı Mübarizə Agentlikləri və Ombudsmanlarının Əməkdaşlıq Mərkəzinin Əsasnaməsini imzaladıq və ratifikasiya etdik.

İƏT əhalisi Azərbaycan üçün dost ailədir. Tarixi münasibətlərimizi yüksək qiymətləndiririk".

Son.az 

Bu ölkədə ən gəlirli 10 şirkətdən 5i qumar biznesinə məxsusdu like
  • 09 Noy 17:24  
Dünya Bu ölkədə ən gəlirli 10 şirkətdən 5i qumar biznesinə məxsusdu

2018-ci ildə Gürcüstanda ən gəlirli şirkətlərin adları açıqlanıb. İ

arrow Ətraflı
Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq like
  • 09 Noy 17:23  
Digərləri Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq

Noyabrın 27-də Estoniyanın paytaxtı Tallinndəki “Artis Cinema” salonund

arrow Ətraflı
Elmar Məmmədyarov: "Torpaqlarımız Ermənistan tərəfindən işğal olunmasaydı..." like
  • 09 Noy 17:21  
Siyasət Elmar Məmmədyarov: "Torpaqlarımız Ermənistan tərəfindən işğal olunmasaydı..."

İƏT bölgəsində həll olunmamış münaqişələr, o cümlədən Ermənistan

arrow Ətraflı
İŞİDin “qadın bazarı”: Təcavüz, şantaj, cinayət, edam... like
  • 09 Noy 17:18  
Dünya İŞİDin “qadın bazarı”: Təcavüz, şantaj, cinayət, edam...

"İŞİD terror təşkilatının Türkiyədə qurduğu qadın ticarəti baz

arrow Ətraflı
Zakir Həsənov andiçmə mərasimində: "Hər bir Azərbaycan əsgəri... like
  • 09 Noy 17:15  
Siyasət Zakir Həsənov andiçmə mərasimində: "Hər bir Azərbaycan əsgəri...

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbə

arrow Ətraflı
Limon mürəbbəsi ilə qışa hazır olun like
  • 09 Noy 17:12  
Digərləri Limon mürəbbəsi ilə qışa hazır olun

Limonun faydalarını saymaqla bitməz.

arrow Ətraflı
9 noyabrla bağlı Səfirliyin məqaləsi Misir mətbuatında like
  • 09 Noy 17:09  
Digərləri 9 noyabrla bağlı Səfirliyin məqaləsi Misir mətbuatında

Cari ilin 09 noyabr tarixində AR-ın Misirdəki Səfirliyinin Azərbaycan Dövl

arrow Ətraflı
Tənha ölən xalq artisti haqda like
  • 09 Noy 17:06  
Kriminal Tənha ölən xalq artisti haqda

Bu gün mərhum xalq artisti Zərnigar Ağakişiyevanın doğum günüdür.

arrow Ətraflı
Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Bakıda Pekin təhsil sərgisi keçiriləcək like
  • 09 Noy 17:01  
Digərləri Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Bakıda Pekin təhsil sərgisi keçiriləcək

Pekin Bələdiyyəsinin Təhsil Komissiyasının Azərbaycan Dillər Universitet

arrow Ətraflı
Kilolu xanımlar necə geyinməlidir? like
  • 09 Noy 16:54  
Digərləri Kilolu xanımlar necə geyinməlidir?

Müxtəlif səbəblərdən bir çox xanımlar artıq çəkidən əziyyət çəki

arrow Ətraflı
30 gün təcavüz edilir, qaçmaq istəyənlər edam olunur like
  • 09 Noy 16:51  
Dünya 30 gün təcavüz edilir, qaçmaq istəyənlər edam olunur

Son üç ildə PKK-YPG-PYD terror təşkilatının qaçırdığı qadınlardan 1

arrow Ətraflı
Qarabağda 2800 yaşı olan eksponatlar like
  • 09 Noy 16:48  
Digərləri Qarabağda 2800 yaşı olan eksponatlar

Ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında unikal tarixi eksp

arrow Ətraflı