Azərbaycan vətəndaşı Rusiyada polisə silahlı hücum etdi


Kriminal 08 Noy 2019 17:44:00 269 0

Azərbaycan vətəndaşı Rusiyada polisə silahlı hücum etdi

Rusiyanın Voloqda şəhərində azərbaycanlı onun sənədlərini yoxlayan polisə silahla hücum edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, polis Voloqda şəhərində yataqxanada qeydiyyatsız yaşayanların siyahısını nəzərdən keçirən zaman azərbaycanlı qaçmağa çalışıb.

Bu zaman polis onun qaçmasına mane olub.

Cinayətkar polisə başı ilə güclü zərbə endirib və bıçaq çıxararaq onu hədələyib.