Bakıda qadın kişini bıçaqladı


Kriminal 08 Noy 2019 17:34:00 256 0

Bakıda qadın kişini bıçaqladı

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Günay Eyvazovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyulun 7-də Qaradağ rayonunda qeydə alınıb. 31 yaşlı Məhərrəmov Mətləb Sahib oğlu münaqişə zəminində Günay Eyvazova tərəfindən bıçaqlanıb. Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Mətləb Məhərrəmovun həyatını xilas etmək mümkün olub.