Azərbaycan və Fransa arasında hərbitexniki əməkdaşlıq məsələləri müzakirə edilib


Siyasət 07 Noy 2019 12:40:00 33 0

Azərbaycan və Fransa arasında hərbitexniki əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Son.az xəbər verir ki, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Fransa arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Fransa arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qoşunların təmas xəttindəki hazırkı vəziyyət barədə diplomata məlumat verən Müdafiə naziri vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdiddir. Nazir xüsusi qeyd edib ki, məsələnin həlli yolu beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsidir.

Fransanın bəzi şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan "yerli hakimiyyət orqanları" arasında imzalanan bir neçə qanunsuz "müqavilə"nin Fransanın müvafiq məhkəmələrinin qərarları ilə ləğv olunmasını yüksək dəyərləndirən Müdafiə naziri Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərinin daha da artıracağına ümidvar olduğunu bildirib.

Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Fransa arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.

Öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın və dost münasibətlərin olduğunu qeyd edən diplomat Fransanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Səfir Z.Qros Fransanın Azərbaycan ilə müdafiə sahəsində, xüsusilə hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində birgə layihələrin həyata keçirildiyini və bu proqramların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə tərəflər Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin hazırkı vəziyyətini, eləcə də müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bakıda xəstənin yaxınları həkimləri təhqir ediblər like
  • 07 Noy 12:37  
Digərləri Bakıda xəstənin yaxınları həkimləri təhqir ediblər

Dünən gecə Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəx

arrow Ətraflı
Qəribə təsadüf: Toyda doğulan azərbaycanlı, toyda da öldü like
  • 07 Noy 12:31  
Şou-biznes Qəribə təsadüf: Toyda doğulan azərbaycanlı, toyda da öldü

Bacımın yoldaşını anası toyda dünyaya gətirib. Adını da Toyda qoyublar

arrow Ətraflı
"Bakcell"dən tamamilə yeni İnternet paketləri like
  • 07 Noy 12:30  
Digərləri "Bakcell"dən tamamilə yeni İnternet paketləri

Bakcell şirkəti abunəçilərin tələb və istəkləri əsasında hazırlanm

arrow Ətraflı
Xəzərdə zəlzələ olub like
  • 07 Noy 12:30  
Digərləri Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Katrin Denöv xəstəxanaya yerləşidirildi like
  • 07 Noy 12:26  
Dünya Katrin Denöv xəstəxanaya yerləşidirildi

Məşhur fransalı aktrisa Katrin Denöv Parisdə xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs həbs edildi  FOTO like
  • 07 Noy 12:22  
Digərləri Bakıda qadına qarşı soyğunçuluq edən şəxs həbs edildi FOTO

Yasamal rayonu Əbilov küçəsində paytaxt sakini olan Roza Beydullayevaya qar

arrow Ətraflı
Qorxmaz Hüseynov: “Azərsu” qazdı, düzəltmədi" deyirlər, bizim asfalt təsərrüfatımız yoxdur like
  • 07 Noy 12:21  
Digərləri Qorxmaz Hüseynov: “Azərsu” qazdı, düzəltmədi" deyirlər, bizim asfalt təsərrüfatımız yoxdur

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Bakıda su xə

arrow Ətraflı
AzTU  Elmi Şurasının növbəti iclası keçirilib like
  • 07 Noy 12:17  
Digərləri AzTU Elmi Şurasının növbəti iclası keçirilib

Noyabrın 6-da Azərbaycan Texniki Universitetində (AzTU) Elmi Şuranın növb

arrow Ətraflı
Gürcüstanın təhsil naziri istefa verib like
  • 07 Noy 12:15  
Digərləri Gürcüstanın təhsil naziri istefa verib

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixail Batiaşvili i

arrow Ətraflı
"Azərsu" sədri əhaliyə verilən suyun keyfiyyətindən danışıb like
  • 07 Noy 12:10  
Digərləri "Azərsu" sədri əhaliyə verilən suyun keyfiyyətindən danışıb

Bakıda su filtrlərinin reklamçıları "Azərsu"nun sakinlərə verdiyi suyu s

arrow Ətraflı
Şeyma yenə bikinili görüntülərini yaydı, like
  • 07 Noy 12:08  
Digərləri Şeyma yenə bikinili görüntülərini yaydı,

TV8 kanalının rəhbəri Acun Ilıcalıdan boşanan və aldığı təzminatla g

arrow Ətraflı
Milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunması prioritet vəzifədir (FOTO) like
  • 07 Noy 12:01  
Digərləri Milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunması prioritet vəzifədir (FOTO)

“Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tə

arrow Ətraflı