Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib


Siyasət 06 Noy 2019 19:06:00 316 0

Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilir:

Əliyev Ağasəf Dünyamalı oğlu

Qurbanov Rəhman Əlisgəndər oğlu

Məmmədov Aqil Nəcəfəli oğlu.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.