Prokuror rüşvətdə təqsirləndirilən sabiq gömrük əməkdaşına cəza istədi


Kriminal 04 Noy 2019 18:39:00 302 0

Prokuror rüşvətdə təqsirləndirilən sabiq gömrük əməkdaşına cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Namiq Əsədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses davam etdiriləcək.

İttihama görə, Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsi prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.