Rusiyada azərbaycanlıya hücum edib


Kriminal 04 Noy 2019 09:34:00 247 0

Rusiyada azərbaycanlıya hücum edib

Noyabrın 1-də Moskvanın Yuxarı sahələr küçəsində bir neçə şəxs azərbaycanlının evinə hücum edərək onu travmatik silahla yaralayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, soyğunçular 1975-ci il təvəllüdlü kişini yaraladıqdan sonra onun içərisində 5 milyon rubl olan çantasını götürərək qaçıblar.

"Audi A6" avtomobili ilə hadisə yerindən uzaqlaşan 4 cinayətkardan biri tutulub. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 162-ci maddəsinin 6-cı bəndinin 4-cü hissəsinə əsasən quldurluq faktlı üzrə cinayət işi açılıb.