Rasimlə Elşad paxlava satıb və İŞİDə hərbi ləvazimat göndərib


Kriminal 02 Noy 2019 16:03:00 275 0

Rasimlə Elşad paxlava satıb və İŞİDə hərbi ləvazimat göndərib

Moskva hərbi məhkəməsi iki Azərbaycan vətəndaşını İŞİD-i hərbi ləvazimatla təchiz etməkdə təqsirli bilib və hərəsini 6 il həbs cəzasına məhkum edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu şəxslər Moskvada paxlava sexi işlədib pul qazanırdılar.

"Kommersant"ın bildirdiyinə görə, paxlava sexinin sahibləri Rasim Baxşıyevə və Elşad Yaqubova 2016-cı ildə Türkiyədəki tanışları Suriyada İŞİD yaraqlıları üçün ov tüfəngi teplovizoru, niangahlar, binokllar və monokulyarlar almağı təklif edib. 2017-ci ilə qədər Baxşıyev və Yaqubov həmin tanışlarına Moskvanın ov ləvazimatları mağazalarından 30 milyon rubl dəyərində ləvazimatlar alıb göndəriblər. Həmin ləvazimatların təchiatı üçün hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin lisenziyası gərək deyil.

2017-ci ildə Rusiya hərbçiləri Suriyada teplovizorların bir partiyasını ələ keçiriblər. Həmin avadanlıqlar arasında hədəfi bir kilometr məsafədən aşkar edib vurmağa imkan verən qurğu da yer alırdı. Həmin qurğunu İŞİD yaraqlıları istifadə edib. Federal Təhlükəsizlik Xidmətinin hərbi əks kəşfiyyat bölməsinin əməkdaşları həmin qurğuların hansı mağazadan alındığını müəyyən edib, ticarət nöqtələrində qoyulmuş telefon nömrələri əsasənda Baxşıyevin və Yaqubovun izinə düşüb. Onlar yaxalanıblar və terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə həbs olunublar.