Samir Nuriyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri təyin edildi


Siyasət 01 Noy 2019 12:58:00 253 0

Samir Nuriyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri təyin edildi

Prezident İlham Əliyev S.R.Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilsin.